Yaşar ona rişxənd edənlərə səsləndi: “Burda ayıb heç nə yoxdur”
Bizi izləyin

Tabloid.az

Yaşar ona rişxənd edənlərə səsləndi: “Burda ayıb heç nə yoxdur”

Müğənni Yaşar Cəlilovun Türkiyə səfəri müzakirə mövzusu olub.

Publika.az-ın məlumatına görə, sosial şəbəkə istifadəçiləri onun hava yolları şirkətinin İstanbula biletlərin endirim kampaniyasından yararlandığı haqqında müxtəlif fikirlər bildiriblər.

Publika.az-a danışan Yaşar bu barədə ona verilən çox sayda suallara belə cavab verib: "İstanbula bileti çoxdan almışam. Hər zaman belə etmişəm, edəcəm də. Bileti sentyabrın 30-da almışam, kompaniya isə bir həftə sonra başlayıb. Kompaniyada bilet almağa pis baxmıram. Burda ayıb heç nə yoxdur İmkanı zəif olanları da düşünənlər sağ olsunlar. İmkansızların da gəzmək, istirahət haqları var".

Müğənni bildirib ki, endirim kampaniyalarından yararlanmaq heç də alçaldıcı, imicə xələl gətirən addım deyil. Müğənnilər, maddi imkanı yaxşı olan insanlar da endirim kampaniyalarından yararlana bilərlər. Qeyd edək ki, Yaşarın İstanbula səfəri yaradıcılıq məqsədli olub.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm