Taktika müharibəsində kim qalib gələcək? – KOBANİ
Bizi izləyin

Dünya

Taktika müharibəsində kim qalib gələcək? – KOBANİ

İŞİD-in Kobanini mühasirəyə alması Suriyanın şimalındakı planları deşifrə etdi. Bölgə üçün hərənin öz planı var...

Publika.az “timeturk”-ə istinadən xəbər verir ki, İŞİD-in (İraq Şam İslam Dövləti) Suriyanın Ayn Əl-Ərəb (Kobani) bölgəsini mühasirəyə alması, Suriyanın şimalındakı bütün planları ortaya çıxarıb. İŞİD Kobanini ələ keçirib Türkiyə sərhədini tamamilə nəzarətinə götürmək istəyir. Kürdlər dövlət qurmaq istəyir. Beynəlxalq qüvvələrə Aralıq dənizinə çatan enerji dəhlizinin təhlükəsizliyini təmin etməyi və Türkiyənin ərəblərlə əlaqəsini kəsməyi planlaşdırır.Türkiyə isə sayları iki milyona çatan qaçqınların problemlərini birdəfəlik həll etməyin və nəhayət, Əsədsiz Suriyada bir hakimiyyətin qurulması dərdindədir. Kobani hamı üçün kilid şəhərdir. Ona görə də strategiyalar hər gün dəyişir. ABŞ, Türkiyə və PYD davamlı olaraq bir-birilərinə ziddi açıqlamalar verir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, dörd gün əvvəl “PYD” və “PKK”nın eyni şey olduğunu deyib. Ondan sonra ABŞ, PYD-yə silah yardımı göndərməyə qərar verib. Məhz bundan sonra Ankara heç də müsbət yanaşmadığı “dəhliz” kartını açıb. Peşmərgənin Türkiyədən Kobaniyə göndəriləcəyi açıqlanıb. Peşmərgələrin sayının iki min olacağı və MİT (Milli Kəşfiyyat idarəsi) nəzarətində silahsız vəziyyətdə keçəcəyi xəbərləri gəlib. Ancaq İKRR (İraq Kürd Regional Rəhbərliyi) lideri Məsud Bərzani peşmərgə ssayının iki yüz olacağını açıqlayıb. Dünən gecə də Türkiyə prezidenti Ərdoğa bu rəqəmin 150-yə düşdüyünü qeyd edib.

ABŞ hökumətinə Azad Suriya Ordusu (ASO) da təklif edilib. Ərdoğan, PYD-nin 1300 ASO üzvünün Kobaniyə girməsini qəbul etdiyini açıqlayıb. Bundan sonra PYD lideri Saleh Müslim belə bir razılaşmanın olmadığını deyib. Müslim həmçinin Türkiyəni İŞİD-ə dəstək verməklə ittiham edib.

ASO Hələb İnqilabçı Hərbi Şurasının komandanı general-polkovnik Zahir Əl-saket isə “biz Kobaniyə əsgər göndərib, Hələbi verəcək qədər ağılsızıqmı? Əsəd qüvvələrin müxaliflərin nəzarətindəki bölgələri ələ keçirmək üçün fürsət güdür” deyib.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm