Qırmızı.az
Anadolu Agentliyindən foto MÜSABİQƏ
Türkiyənin Anadolu Agentliyi ("Anadolu Ajansı") beynəlxalq foto müsabiqə elan edir.
Dünyanın ən nüfuzlu beş agentliyi sırasına daxil olmağı qarşısına məqsəd qoyan AA növbəti ilkə imza ataraq “İstanbul Photo Awards” adlı müsabiqəyə start verir.
Xəbər fotosu sahəsində dünyanın bütün professional fotoqraflarına açıq olan müsabiqə üçün müraciət tarixi 1 Noyabrda başlayacaq, 31 Yanvar 2015-də bitəcək.
Müsabiqənin qalibləri, dünyanın ən nüfuzlu mətbuat qurumları, jurnal və qəzetlərinin foto redaktorlarından ibarət münsiflər heyəti tərəfindən müəyyən olunacaq.
Mükafatlandırma mərasimi 2015-ci ilin aprel ayında İstanbulda olacaq. Qaliblərə dört kateqoriya üzrə və münsiflər heyətinin xüsusi mükafatı olmaqla toplam 58 min dollar pul mükafatı veriləcək.
Hər kateqoriya üzrə birinci yerin sahibi 8 min, ikinci yerin sahibi 3 min, üçüncü yerin sahibi isı 1.5 min dollar məbləğindəki mükafatın sahibi olacaq.
Müsabiqə ilə bağlı ətraflı məlumat əldə etmək və müraciət etmək üçün müsabiqə üçün xüsusi olaraq hazırlanmış istanbulphotoawards.com və anadoluimages.com keçidlərindən istifadə etmək olar.
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı