Suriyadan ittiham: "Türkiyə terrorçuları dəstəkləyir"
Bizi izləyin

Dünya

Suriyadan ittiham: "Türkiyə terrorçuları dəstəkləyir"

Suriya hakimiyyəti rəsmi Ankaranı peşmergə döyüşçülərinin Kobaniyə girməsi üçün koridor verdiyinə görə qınayıb.

Publika.az-ın məlumatına görə, Suriya Xarici İşlər Nazirliyinin bununla bağlı yaydığı bəyanatda rəsmi Ankaranın bu addımı başqa bir ölkənin daxili işinə qarışmaq kimi dəyərləndirilir.

"Türkiyə hökuməti Kobanidə olan xarici silahlı qruplaşmaların və terrorçuların sərhədi keçməsinə icazə verməsi ilə Suriya xalqına qarşı sui-qəsddə iştirakını və Suriyanın daxili işlərinə müdaxilə etməsini bir daha göstərmiş oldu", bəyantda deyilir.

Eyni zamanda bildirilir ki, Türkiyənin bu addımı BMT-nin qəbul etdiyi sənədlərə və beynəlxalq qanunlara tamamilə ziddir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm