Dünya
ABŞ "Abrams” tanklarını Rusiya sərhədlərinə göndərir
ABŞ ən yaxın illərdə NATO ölkələrində təxminən 150 tank və zirehli texnika yerləşdirməyi planlaşdırır. Onlardan bir hissəsi Şərqi Avropada yerləşdiriləcək.
Publika.az-ın Litvanın “Delfi” nəşrinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Avropadakı quru qoşunlarının komandanı, general-leytenant Frederik Ben Xodjes bildirib.
Amerikalı generalın sözlərinə görə, ABŞ-ın tankları Avropada “Atlantic Resolve” əməliyyatı çərçivəsində yerləşdiriləcək. O, xatırladıb ki, əməliyyatın əsas hədəfi Ukraynanın şərqində Rusiyanın təcavüzkar siyasəti kontekstində Polşa və Baltikyanı ölkələrin təhlükəsizliyinin gücləndirilməsidir.
Zirehli texnikanın 50 vahidi artıq Avropaya göndərilib. Bundan başqa, 100 ədəd M1 "Abrams” tankı və “Bredli" piyada döyüş maşınlarının Almaniyaya göndərilməsi planlaşdırılır. General hərbi texnikanın Avropada qalacağını deyib. Onun sözlərinə görə, tankların Avropada yerləşdirilməsi NATO-nun şərq sərhədləri ətrafında manevrlərin effektivliyini yüksəldəcək.
Xodjes qeyd edib ki, hərbi texnikanın Şərqi Avropanın məhz hansı ölkəsində yerləşdirilməsi barədə öz tövsiyələrini verəcək: “Mən zirehli tank bölüyünün yerləşdirilməsi imkanlarını qiymətləndirəcəyəm. Baltikyanı ölkələr, Polşa, Rumıniya və yaxud Bolqarıstan bunlardan biri ola bilər”.
Ömər Dağlı
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi