BMT-nin Kiprdəki nümayəndəsi ölü tapıldı
Bizi izləyin

Dünya

BMT-nin Kiprdəki nümayəndəsi ölü tapıldı

Birləşmiş Millətlərin Təşkilatının (BMT) Kiprdəki Barış Gücünün (UNFICYP) sözçüsü Miçel Bonnardex bu səhər evində ölü tapılıb.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, evində aparılan ilkin araşdırmalarda hər hansı bir cinayət izini tapmaq mümkün olmayıb.

Fransa əsilli kanadalı sözçünün ölüm səbəbinin cəsədinin yarılmasından sonra müəyyən olunacağı bildirilir. Onun Konqo, Çad, Haiti, Sudan, Mali kimi ölkələrdə uzun illər BMT-nin sülh missiyasında vəzifə yerinə yetirdiyi deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm