İqtisadi gündəm
Müdafiə naziri cəbhə bölgəsində müşavirə keçirib - FOTO
Bu gün cəbhə bölgəsində yerləşən hərbi hissələrdən birində Müdafiə Nazirliyinin 2014-cü ilin yekunlarına həsr edilmiş səyyar kollegiyasının genişləndirilmiş iclası keçirilib.
Publika.az-ın Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, toplantıda müdafiə nazirinin müavinləri, Silahlı Qüvvələrin növləri və qoşun qismləri komandanları, Müdafi Nazirliyinin baş idarə və idarə, xidmət rəisləri, birlik və birləşmə komandirləri və qərargah rəisləri iştirak ediblər.
Müdafiə nazirinin rəhbərliyi ilə keçirilən müşavirədə Silahlı Qüvvələrdə həyata keçirilən islahatlar, döyüş hazırlığının vəziyyəti, müdafiə sistemi, onun hərtərəfli təminatı, təşkili və bir sıra xidməti məsələlər müzakirə edilib.
Müdafiə naziri "Silahlı Qüvvələrin 2014-cü ildə xidməti döyüş hazırlığının yekunları və 2015-ci tədris ilində vəzifələri" mövzusunda geniş nitq ilə çıxış edib.
Aparılan fəaliyyətlərlə bağlı birlik komandirlərinin, vəzifəli şəxslərin məruzələri dinlənilib və Müdafiə naziri tərəfindən döyüş qabiliyyətinin daha da yüksəldilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verilib.
Sonda kollegiya iclasının qərar layihəsi müzakirə edilərək qəbul edilib.
Müdafiə nazirinin əmrinə əsasən 2014-cü ilin döyüş hazırlığının yekunlarına görə hərbi xidmətdə fərqlənən hərbi qulluqçular medallarla təltif edilib, təşəkkür, fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Elə həmin gün toplantı iştirakçıları cəbhə bölgəsindəki hərbi hissələrdən birində yaradılmış təlim mərkəzində olub və praktiki tapşırıqları icra ediblər.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR