ŞOK: Bir əməliyyatda 4.2 ton narkotik ələ keçirildi
Bizi izləyin

Dünya

ŞOK: Bir əməliyyatda 4.2 ton narkotik ələ keçirildi

Panama hüquq mühafizə orqanlarının narkotiklərlə mübarizə çərçivəsində keçirdikləri xüsusi əməliyyat nəticəsində 4,2 ton narkotik maddə ələ keçirilib.

Publika.az xəbər verir ki, əməliyyat zamanı 59 nəfər həbs edilib, 500 dollar müsadirə edilib. Məlumata görə, həbs edilənlərin hamısı Kolumbiyanın inqilabi silahlı qüvvələri adlanan qruplaşma və Meksika narkokarteli olan “Sinaloa” cinayətkar təşkilatı ilə əlaqəli dəstənin üzvləridir. Əməliyyatın hazırlanması və reallaşdırılması Kolumbiya, Meksika, Kosta-Rika və Qvatemalanın xüsusi agentlərinin köməyi ilə 14 ay ərzində həyata keçirilib.

Narkotik alverçilərinə qarşı əməliyyatlar 2013-cü ilin oktyabr ayından başlanılıb. Həbs olunanlar arasında dəstənin başçısı kolumbiyalı Xuan Torresin də olduğu bildirilir.

Araşdırmalar zamanı Xuan Torresin Meksikanın ərazisindən keçməklə Kolumbiyadan ABŞ-a və Mərkəzi Amerika ölkələrinə narkotik daşınmasına rəhbərlik etdiyi müəyyənləşib. Bundan başqa, o, Panama banklarında cinayətkar biznesdən əldə edilmiş pulların yuyulması ilə də məşğul olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm