Dünya
Baykal gölü quruyur
Baykal gölündə suyun səviyyəsi 60 ildə ilk dəfə
təhlükəli həddə enib. Bu səbəbdən bütün gölətrafı ərazilərdə yüksək
hazırlıq rejimi tətbiq edilib.
AzərTAc TASS informasiya agentliyinə istinadla xəbər verir ki,
göldə suyun səviyyəsi il ərzində 40 santimetr aşağı düşüb. Bu
səbəbindən gölün şərq sahillərinin 70 mindən artıq sakini zərər
çəkə bilər. Bu ərazilərdəki quyuların suları artıq indidən quruyub,
üzərində bir çox kəndin salındığı torf bataqlıqları yanmağa
başlayıb, həmçinin balıqların kütləvi qırılması təhlükəsi yaranıb.
Eyni zamanda, 230 min əhalisi olan Anqarsk şəhərinin istilik və su
təchizatı da problemlərlə üzləşib.
Bir neçə gün əvvəl Rusiya Federasiyası hökumətinin fövqəladə hallar
komissiyası Baykal rayonu ərazisində yüksək hazırlıq rejiminin
tətbiq olunması barədə qərar qəbul edib.
Baykalda suyun səviyyəsinin enməsinə əsas səbəb kimi faydalı su
axınının aşağı səviyyədə olması göstərilir. Bundan başqa, yay
fəslinin quraqlıq keçməsi, payız aylarında intensiv yağıntının
olmaması, gölün əsas arteriyası sayılan Selenqa çayının qollarına
yaxın meşələrin qırılması da hazırkı vəziyyətə gətirib çıxaran
amillərdən hesab edilir.
Qeyd edək ki, dünyanın ən dərin gölü olan Baykalın eni 25
kilometrdən 80 kilometrə qədər, dərinliyi 1620 metrdir. O, eyni
zamanda, dünyanın ən böyük şirin su hövzəsidir.
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO