Nida.az
Qubad İbadoğlu: “Divana getmək fikrim yoxdur”
“Mənim Divana dəvət olunmağım dialoq təklifimin qarşısını almaq məqsədi daşıyır”.
Bunu Publika.az-a açıqlamasında Müsavat
başqanlığına keçmiş namizəd, Azərbaycan Demokratiya və Rifah (ADR)
hərəkatının təsisçisi Qubad İbadoğlu deyib.
Onun sözlərinə görə, Divana dəvət olunmamışdan öncə Arif Hacılı və
İsa Qəmbəri mövcud vəziyyətlə bağlı dialoq aparmağa çağırıb: “31
yanvar Məmməd Əmin Rəsulzadənin anım günüdür. Bununla bağlı tədbir
keçiriləcək. Təklif etmişəm ki, bu tədbirdən sonra İsa Qəmbər və
Arif Hacılının iştirakı ilə mövcud vəziyyəti müzakirə edək.
Məqsədim Müsavatda sülhə nail olmaqdır. Lakin bu təklifimə cavab
verilməyib. Əvəzində bəzi məsələləri gündəmə gətirərək bizim
nizamnaməni pozduğumuzu iddia edir və Divana dəvət edirlər”.
Lakin Q. İbadoğlu Divana getmək fikrində olmadığını bildirib.
“Hazırda ADR-in təşkilatlanması ilə məşğuluq. Divanda iştirak
edərək oradakılara deməyə sözüm yoxdur. Əgər gələcəkdə partiyanın
fəaliyyətində ciddi dəyişikliklər olarsa və nələrinsə müzakirəsinə
ehtiyac yaranarsa, o zaman Divanda iştirak edə bilərik” - deyə o
qeyd edib.
ADR təsisçisi Müsavat daxilində yaranmış narazılıqla bağlı
istənilən vaxt müzakirələrə hazır olduğunu bildirib: “Lakin onun
bir şərtim var. Bütün müzakirələr Müsavat üzvləri üçün açıq
olmalıdır. Bağlı qapılar arxasında baş tutan müzakirələrin heç
birimizə xeyri yoxdur. Hər zaman fərqli təkliflərlə, təşəbbüslərlə
çıxış etmişik və bundan sonra da fəaliyyətimiz bu istiqamətdə
olacaq”.
Asif Nərimanlı
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR