Tabloid.az
Gələn həftə Azərbaycanın “Eurovision” mahnısı və ifaçısı bəlli olacaq
Azərbaycanın İctimai televiziyası 60-cı “Eurovision” mahnı müsabiqəsində ölkə təmsilçisini daxili seçim əsasında müəyyən edəcək. Publika.az İctimai televiziyanın rəsmi saytına istinadən xəbər verir ki, yayımçı qurum hazırda may ayında Avstriyanın Vyana şəhərində keçiriləcək “Eurovision” mahnı müsabiqəsindəki yayımının təşkili üzərində işləyir.
Milli seçimdə iştirak etməyə hazır, ölkə təmsilçiliyinə iddialı və özünə güvənən ifaçılar (Azərbaycanda və ya xaricdə yaşayan Azərbaycan əsilli ifaçılar) seçimlərə qatılmaq üçün aşağıdakıları təqdim etməlidirlər:
Ad, soyad, doğum tarixi, yaşadığı şəhər və sair barədə əsas məlumatlar, performansın audio/video yazısı, Youtube linki və beş ədəd foto. Azad bəstəkarlar mahnıların audio versiyası, sözləri və özləri haqqında məlumatları təqdim etməlidirlər. Mahnılarını təqdim etmək istəyənlərə milli zəmində hər hansı bir məhdudiyyət qoyulmur.
Müraciət üçün ərizələrin qəbulu martın 6-dək davam edəcək.
Qeyd edək ki, Azərbaycanın "Eurovision 2015" mahnı müsabiqəsindəki təmsilçisi və onun müsabiqə mahnısı martın 15-dək elan olunacaq.
Xatırladaq ki, Azərbaycan Avropanın ən nüfuzlu mahnı müsabiqəsində debütünü böyük müvəffəqiyyətlə 2008-ci ildə gerçəkləşdirib. 2011-ci ildə Azərbaycan təmsilçiləri Ell və Nikki, "Running Scared" mahnısı ilə ölkəyə qələbə gətirib. 2012-ci ildə Azərbaycan 42 ölkənin iştirakı ilə “Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi edib.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR