Dünya
İŞİD 11 komandirini edam etdi
İŞİD terror qruplaşmasının silahlıları ötən gün İraq ordusunun Tikrit şəhərinə hücumu zamanı mövqelərini qoyub qaçan 11 səhra komandirini “satqın” elan edərək edam edib.
Teleqraf.com-un “TASS”a istinadən məlumatına görə, bu barədə Fars agentliyi məlumat yayıb.
Qeyd edək ki, İraq ordusunun İŞİD-in nəzarətində olan Tikrit şəhərinə hücumu zamanı onlarla terrorçu mövqelərini qoyaraq şəhəri tərk edib. Məlumata görə, şəhərin şərq və cənub hissələri artıq hərbçilərin nəzarətinə keçib. Ordu hissələri, həmçinin, terrorçuların nəzarətində olan Mosul və Kərkük şəhərlərinə gedən magistral yolu nəzarətə alıb. Martın 2-də başlanan irimiqyaslı hücum İraq Silahlı Qüvvələri və könüllülərdən ibarət silahlı dəstələrin birgə ən böyük əməliyyatıdır. Əməliyyatda, ümumilikdə, 30 min nəfər iştirak edir.
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı