ANS-in rəsmisi: “Xoşun gəlmir, baxma!” - QARŞIDURMA
Bizi izləyin

Tabloid.az

ANS-in rəsmisi: “Xoşun gəlmir, baxma!” - QARŞIDURMA

Elgiz Əkbərin aparıcılıq etdiyi “Adam içində“ verilişinin ərtafında gedən müzakirələr, verilişdə qoyulan mövzuların qeyri-etik və səviyyəsiz olması barədə mətbuatda səslənən mütəxəssis rəyləri ANS rəhbərliyində narazılıqla qarşılanıb.

Publika.az-a açıqlama verən ANS Şirkətlər Qrupunun prezidentinin müşaviri Mayis Məmmədov heç də deyilən fikirlərlə razı olmadığını bildirib: “Biz özəl telekanalıq və nə istəyiriksə, onu da yayımlayırıq. Qaldı ki, “Adam içində” verilişinə, orda əxlaqa zidd heç bir məqam yoxdur. Kim istəyirsə, baxsın, kim istəmirsə, kanalı dəyişsin. Özləri bilər. Rusiyanın özündə müxtəlif səpkidə televiziyalar fəaliyyət göstərir - kriminal, mədəniyyət və s. Kim hansı kanala istəyirsə, ona da baxır. Bizdə də elədir, kimin hansı telekanaldan, hansı verilişdən xoşu gəlirsə, ona da baxsın. Adam var ki, ağlaşma xoşlayır, adam da var, siyasi proqramlar. Elə televiziyada da, saytlarda da bu tip mövzuları izləyirlər. “Adam içində” baxılan proqramdır və bağlanma söhbəti də ola bilməz".

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm