İdman
Baronu döydülər
“Boka Xuniors”un hücumçusu Pablo Osvaldonun sevgilisi dəhşətli anlar yaşayıb.
Publika.az xəbər verir ki, aktrisa Himea Baron Buenos-Ayresin rayonlarından birində soyğuna məruz qalıb. Xəbər Osvaldonun məşqə gəlməməsindən sonra mətbuata sızıb. Xatırladaq ki, Pablo yanvarda “İnter”dən “Boka Xuniors”a keçib.
Argentina mətbuatının yaydığı xəbərə görə, quldurlar Baronun maşınının qarşısını kəsiblər və ondan avtomobilin açarını tələb ediblər. Aktrisa etiraz edəndə soyğunçular qızı maşından düşürdüb, üstündəki qiymətli daş-qaşı da talayıb və sonra fiziki təzyiq göstəriblər.
Hələ ki soyğunçulardan bir xəbər yoxdur. Onlar hadisə yerindən maşını da götürüb qaçıblar. Buenos-Ayres polisi axtarışları davam etdirir.
Osvaldo əvvəllər “Atalanta”, “Leççe”, “Fiorentina”, “Bolonya”, “Espanyol”, “Roma”, “Sautqempton”, “Yuventus” və “İnter” kimi klubların şərəfini qoruyub. Argentina və İtaliya vətəndaşlığı olan forvard İtaliya millisində 14 oyun keçirib.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu