Səfir: “Avropa Oyunlarında Lukaşenko da iştirak edə bilər” - ÖZƏL
Bizi izləyin

Bakı 2015

Səfir: “Avropa Oyunlarında Lukaşenko da iştirak edə bilər” - ÖZƏL

“Belarus milli komandası iyunun 12-də Bakıda start götürəcək Avropa Oyunlarında iştirak etmək üçün Azərbaycanın bu ölkədəki səfirliyinə müraciət edib”.

Bu barədə Publika.az-a eksklüziv açıqlamasında Azərbaycanın Belarusdakı səfiri, xalq şairi Bəxtiyar Vahabzadənin oğlu İsfəndiyar Vahabzadə bildirib.

Onun sözlərinə görə, səfirlik həmin müraciət barədə Azərbaycan Milli Olimpiya Komitəsinə məlumat göndərib: “Yəqin ki, Belarus prezidenti Aleksandr Lukaşenko da Avropa Oyunlarının açılışında iştirak edəcək. Bu gözlənilir”.

Səfir deyib ki, bu cür tədbirin Bakıda keçirilməsi Azərbaycanın tarixi qələbəsidir: “ Azərbaycanda əvvəlcə “Eurovision” və indi də Avropa Oyunları keçirilir. Təbii ki, bütün bunlar onu göstərir ki, Azərbaycan nəinki regionda, həm də dünyada tanınan və inkişaf edən ölkədir. Artıq dünya da Azərbaycanla hesablaşır. Bütün bunlar cənab Prezident İlham Əliyevin qələbəsidir, onun dünyada qazandığı etimaddır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm