Magazin1
Elgiz evlənməsindən danışdı - VİDEO
Adam məşhur olanda haqqında çox söz danışırlar, şayiələr dolaşır. Məsələn, götürək bizim Elgizi. Gah dedilər, Elgiz kimisə tutdurub. Gah dedilər Elgiz vəsiyyət eliyib, ölüm ayağındadır. İndi də deyirlər ki, Elgiz evlənir. Əşşi çox adam çox söz deyə bilər. Əsas adamın özüdü. Özünü danışdırmaq lazımdı ki, nə xəbərdir, düzdürmü, yalandırmı? Biz də Elgizi tutub çoxsaylı şikayətçilərin əlindən qoparıb danışdıra bildik.
Dünən günorta çağı xəbər yayıldı ki, bəs ölkənin ən tanınmış
simalarından biri olan Elgiz Əkbər evlənir. Saytlarda onun toy
dəvətnaməsinin fotosu paylaşıldı. İşin nə yerdə olduğunu
bilməyənlər başladılar Elgizi evləndirməyə, bal ayına göndərməyə,
uşaqlarına ad tapmağa.
Artıq sosial şəbəkələrdən vağzalı səsi ucalmağa başladı. 7-dən
77-yə hamını bürüyən bu xəbərə böyük çoxluq xeyir dua verdi. Amma
maraqlı şərhlər də yazıldı.
Aparıcı Elgiz həyat yoldaşı olacaq insan haqda ANS TV-də efirə
gedən "Şəbəkə" verilişinə danışıb:
“Efirə gəldiyim ilk gündən o, mənim tamaşaçımdı. Bütün
verilişlərimi əzbər söyləyə bilər. Sənətimi sevir, çox böyük dəyər
verir. Mən də yaxşı həyat yoldaşı olmağı ona söz vermişəm”.
Söz veribsə demək ki, sözünə əməl edəcək. Hər halda televiziya
tamaşaçıları Elgizin prinsipiallığının dəfələrlə şahidi
olublar.
Bizə isə yeni qurulacaq ailəyə yalnız xoşbəxtik arzulamaq düşər.
“Adam içinə” yeni ailə gəlir, xoş gəlir...
Sosial şəbəkə istifadəçilərinin fikirlərini isə videodan izləyə
bilərsiniz:
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu