Dünya
Erməni qardaşlar ukraynalı deputatı güllələdilər – FOTO
Ukraynanın Kiyev vilayətinin Slavutiça şəhərinin şəhər şurasının üzvü Anatoliy Qladçenkoya qarşı sui-qəsdin araşdırılması çərçivəsində Ermənistan vətəndaşları olan Arman və Artyom Xaçatryan qardaşları axtarılır.
Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin Kiyev vilayəti üzrə bölməsinin mətbuat xidmətindən bildirilib.
“Slavutiça şəhərinin küçələrindən birində iki naməlum şəxs şəhər şurasının üzvü Anatoliy Qladçenko və onun qardaşını dayandıraraq onlarla mübahisə etməyə başlayıb. Qalmaqal zamanı həmin şəxslərdən biri travmatik silahdan 32 yaşlı deputata iki dəfə atəş açıb. Onlar bundan sonra avtomobilə oturaraq naməlum istiqamətdə gizləniblər”, - məlumatda deyilir.
Deputat başından aldığı güllə yarası və beyin sarsıntısı ilə xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildiriblər.
Daha əvvəl isə məlumat yayılmışdı ki, deputata sui-qəsd erməni etnik qruplaşmasının üzvləri tərəfindən edilib. Anatoliy Qladçenko Kiyev şəhərinin meri Vitaliy Kliçkonun lideri olduğu “UDAR” Partiyasının üzvüdür.
Ömər Dağlı
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR