Dünya
“Su arvadları” – onlarla su daşımaq üçün evlənirlər - FOTOLAR
Biliyimiz kimi, Hindistanın quraqlıq və yağışın az yağdığı ərazilərində də yaşayış məskənləri salınıb. Belə ərazilərdə yaşamaq üçün kişilər maraqlı metod düşünüblər.
Publika.az xarici mətbuata istinadın xəbər verir ki, quraqlıq ərazilərin sakinləri ölməmək üçün 2 və daha çox arvad almaqla problemi həll edir. İş ondadır ki, birinci arvaddan başqa digər arvadların məşğuliyyəti yalnız uzaq məsafədən su daşımaqdır.
Məsələn, Mumbay şəhərindın 150 kilometr məsafədə yerləşən Denqanmal kəndini götürək. Burada həyat çox çətindir. Kişilər kənd təəssüərüfatı ilə məşğul olub ailəni dolandırır, qadınlar isə evdə oturaraq uşaqlara baxır. Lakin ailənin sağ qalması üçün kimsə uzaq məsafəyə gedib su daşımalıdır. Çünki 8 ay ərzində kəndə yağış düşmür və quraqlıq başlayır. Bu problemi həll etmək üçün ailə başçısı evə ikinci və üçüncü arvad gətirir. Uşaqlar yalnız birinci arvaddan doğulduğu halda, digər arvadların işi yalnız su daşımaq olur. Əvəzində isə o arvadlara yaşamaq üçün ev və arvad statusu veririlir. Adətən belə arvadları “paanivali bais” (su arvadları) adlandırırlar.
Su arvadının işi heç də asan deyil. Hindistanda heç bir ailə qızını quraqlıq ərazidən olan kişiyə ərə vermək istəmir. Ona görə də, su daşıyan arvad olmaq istəyən qadınlar adətən ya dul, ya da ərini tərk etmiş qadınlar olur. Lakin birinci arvad ərdə olmamış qadın olmalıdır. Bundan əlavə, su daşıyan qadınlar birinci arvad ölməyənə qədər kişinin yanında yata bilməz.
Nura
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi