Qırmızı.az
Ermənilər Tahir Kərimli barəsində ölüm hökmü çıxarıblar - İDDİA
Ermənistanın “Panduk” terror təşkilatı Vəhdət Partiyasının sədri Tahir Kərimli barəsində ölüm hökmü çıxarıb. Onu öldürəcək şəxsi külli miqdarda pul vəsaiti gözləyir.
Bu barədə məlumatı Publika.az-a Vəhdət Partiyası sədri verib: “Onlar mənim öldürülməyim barəsində qərar veriblər. “Panduk” terror təşkilatının barəmdə ölüm hökmü çıxarması barədə məlumatı Rusiyada olarkən əldə etdim. Həmin ölkənin Kislovodsk şəhərində olanda mənə bildirdilər ki, ermənilər səni axtarırlar. Qeyd edim ki, bu dönəmdə orda ətrafımda olanların da çoxu ermənilər idi. Bildirdilər ki, “Panduk” təşkilatı fotomu “Taxir Kerimli” adıyla axtarışa verərək, məni öldürəcək şəxsə mükafat vəd verib. Məqsədləri məndən qisas almaqdır. Həmin qərar qüvvədədir”.
Tahir Kərimli əlavə etdi ki, ermənilər öz məqsədlərinə nail olmaq üçün rusdilli saytlardan da istifadə edirlər.
Anar Tağıyev
-
Magazin206:16Daha bir serial eşqi gerçək oldu
-
İKT04:14Teleqramdan möhtəşəm yeniliklər
-
Sosial01:41Etibarsız vəsiqə və 21 dəqiqəlik xəstəxana ziyarəti - "Arzum"un məhkəmə işində ŞOK DETALLAR
-
Qoroskop00:30Günün ULDUZ FALI - Əla fürsət yaxalaya bilərsiniz
-
Region14 İyul 23:12Güclü zəlzələ Kahramanmaraşı yenə silkələdi
-
Magazin114 İyul 23:00"10 il zülm çəkdim" - Mirkamil səhhətindən danışdı
-
İdman14 İyul 22:00DÇ-2026: Fransa və İspaniya millilərinin heyətləri açıqlandı
-
Nida Xəbər 14 İyul 21:20Hərbi təhsil almaq istəyənlər üçün "Açıq qapı" günü keçiriləcək



































