Dünya
Yunan general canlı yayında ağzından qaçırdı: Afinanın “Türkiyə planı” deşifrə oldu
ABŞ prezidenti Donald Trampın Türkiyənin F-35 proqramına qayıda biləcəyinə dair mesajları Yunanıstanda müzakirə olunmağa davam edir.
Publika.az xəbər verir ki, yerli "Mega News" kanalında çıxış edən Yunanıstan Baş Qərargahının fəxri rəisi Alkiviadis Stefanis məsələ ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Stefanis canlı yayımda ağzından qaçırıb ki, ABŞ ilə aparılan təmaslar nəticəsində Yunanıstan F-35 döyüş təyyarələrini planlaşdırılandan daha tez təhvil ala bilər. Onun sözlərinə görə, bu addım Türkiyə ilə hərbi balans baxımından strateji əhəmiyyət daşıyır.
Stefanis qeyd edib ki, F-35-lər, Fransa istehsalı olan "Rafale" qırıcıları, modernləşdirilmiş “F-16 Viper” təyyarələri və "Belharra" sinifli freqatlar sayəsində Yunanıstanın çəkindiricilik qabiliyyəti artıb və ölkəsi Türkiyə qarşısında daha üstün mövqedədir.

Yunan generalın F-35 proqramından danışarkən davamlı olaraq Türkiyəni ön plana çıxarması Afinanın müdafiə planlamasında Ankaranın hərbi potensialının əsas amillərdən biri olduğunu göstərib.
Mütəxəssislər isə bildirirlər ki, Türkiyənin “KAAN”, “HÜRJET”, “KIZILELMA”, “ANKA-3”, “AKINCI”, “Bayraktar TB2” və “TB3” kimi milli müdafiə layihələri, həmçinin raket, hava hücumundan müdafiə və elektron müharibə texnologiyalarında əldə etdiyi irəliləyişlər region ölkələrinin diqqət mərkəzindədir.
Hazırda Ankara həm “F-16 Blok 70” təyyarələrinin tədarükü və modernləşdirilməsi, həm də “Eurofighter Typhoon” qırıcılarının alınması istiqamətində danışıqları davam etdirir. Bununla yanaşı, Türkiyə KAAN layihəsinin seriyalı istehsalını həyata keçirməklə beşinci nəsil döyüş təyyarəsini öz imkanları hesabına istismara verməyi hədəfləyir.
Müəllif: Roza
-
Dünya12:02Əliyevin Şuşada AŞPA bəyanatı: Azərbaycanın növbəti addımı nə olacaq?
-
Sosial11:47Milli Məclisdən tarixi qərar: Bu şəxslərə 20 illik güzəşt olunacaq
-
Rəsmi xronika10:12Şuşada Slovakiya Prezidentinin rəsmi qarşılanma mərasimi oldu - FOTO
-
MDB10:02Rusiya alov içində: Ukrayna sərhədindən 1400 km məsafədə yerləşən nəhəng zavod vuruldu
-
Maraq dünyası09:24Nostradamusun 2026-nın ikinci yarısı ilə bağlı qorxulu proqnozları: Nə baş verəcək?
-
Sosial08:37Nəzarətsiz çimərliklərə üz tutanlar cərimələnəcək? - Açıqlama
-
Dünya08:10BƏƏ və SEPAH-dan Hörmüzdə hücuma məruz qalan gəmilərlə bağlı açıqlama - 1 ölü, 8 yaralı var
-
İdman06:46DÇ-2026-da iştirak edən futbolçuların reytinqi - Mbappe 2-cidir










.jpg)

.jpg)























