Şirvanşahlar Sarayının 600 illik sirri açıldı: Qədim ovdanda... - FOTO
Bizi izləyin

Nida Xəbər

Şirvanşahlar Sarayının 600 illik sirri açıldı: Qədim ovdanda... - FOTO

Şirvanşahlar Sarayının 600 illik sirri açıldı: Qədim ovdanda... - FOTO

Bakının tarixi simvollarından biri olan Şirvanşahlar Sarayı Kompleksinin yaxınlığında yerləşən qədim ovdanda (yeraltı su anbarında) aparılan yeni tədqiqatlar orta əsr su təsərrüfatı və memarlığı ilə bağlı mühüm faktları üzə çıxarıb.

Publika.az xəbər verir ki, AMEA Arxeologiya və Antropologiya İnstitutu ilə “İçərişəhər” Dövlət Tarix-Mədəniyyət Qoruğu İdarəsinin birgə təşəbbüsü çərçivəsində həyata keçirilən araşdırmalar zamanı ovdanın daxili hissəsi ilk dəfə geniş şəkildə öyrənilib.

İnstitutun Xəzər arxeologiyası şöbəsinin sualtı dalğıc qrupu professor Abbas Seyidovun rəhbərliyi ilə ovdanda sualtı baxış keçirib, foto və video çəkilişlər aparıb, obyektin texniki vəziyyətini qiymətləndirib.

Araşdırmalar nəticəsində məlum olub ki, təxminən 600 il yaşı olan ovdan giriş hissəsi ilə birlikdə 30–35 kvadratmetr sahəni əhatə edir və hazırda təxminən 3 metr hündürlüyündə su ilə doludur. Suyun temperaturu 19 dərəcə ölçülüb.

Mütəxəssislərin müşahidələrinə görə, ovdandakı su kimyəvi baxımdan təmiz, qoxusuz və içməyə yararlıdır. Eyni zamanda, suyun bu gün də təbii şəkildə yeniləndiyi ehtimal edilir.

Tarixi mənbələrə görə, XIV əsrin sonu – XV əsrdə Şirvanşahlar Dərbəndilər sülaləsinin hakimiyyəti dövründə Bakıda genişmiqyaslı tikinti və abadlıq işləri həyata keçirilib. Həmin dövrdə müdafiə istehkamları gücləndirilib, məscidlər, karvansaraylar, hamamlar, ovdanlar tikilib, şəhərin su təchizatını təmin edən su kəmərləri çəkilib.

Bu sistemin mühüm hissələrindən biri olan Şah su kəməri Çəmbərəkənd su mənbəyindən İçərişəhərə qədər uzanaraq şəhərin su təminatında əsas rol oynayıb.

Tədqiqat zamanı ovdanın yalnız əsas hissəsi deyil, indiyədək məlum olmayan bəzi memarlıq elementləri də aşkarlanıb. Belə ki, əlavə giriş hissəsinin, həmçinin tavan tağında yerləşən və vaxtilə havalandırma, eləcə də işıqlandırma funksiyasını yerinə yetirdiyi ehtimal olunan iki hava kamerasının mövcudluğu müəyyən edilib.

Mütəxəssislər bildirirlər ki, ovdanın divarları əsrlər boyu suyun təsiri nəticəsində minerallarla örtülüb və bu da onun uzun müddət fasiləsiz istifadə olunduğunu göstərən əlamətlərdən biridir.

AMEA Arxeologiya və Antropologiya İnstitutundan bildirilib ki, qədim ovdanda gələcəkdə daha geniş arxeoloji tədqiqatların aparılması planlaşdırılır.

Alimlərin fikrincə, bu araşdırmalar Bakının orta əsrlərə aid su təchizatı sistemi, şəhərsalma tarixi və memarlıq irsinin daha dərindən öyrənilməsi baxımından mühüm elmi əhəmiyyət daşıyır.(Azpost.info)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm