Yaxın Şərq
İordaniya İrandan atılan ballistik raketləri vurdu
İordaniyanın hava hücumundan müdafiə (HHM) sistemləri İrandan gələn üç ballistik raketi məhv edib.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi krallığın silahlı qüvvələrinə istinadla məlumat yayıb.
"İordaniyanın HHM sistemləri çərşənbə günü səhər saatlarında İran tərəfdən İordaniya hava məkanına daxil olan üç ballistik raketi ələ keçirib və vurub", - deyə məlumatda qeyd olunur.
Öz növbəsində, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyan edib ki, İordaniyadakı Amerika hərbi bazasına endirilən zərbə zamanı bir neçə "MQ-9 Reaper" dronu məhv edilib. Bundan əlavə, İran dronlarının zərbələrinə "F-15", "F-16" və "F-35" qırıcılarının anqarları məruz qalıb. Hücum zamanı orada təyyarələrin olub-olmadığı məlum deyil.
Söhbət Əl-Əzraq bazasından gedir. Bundan əvvəl İran hərbçiləri bildirmişdilər ki, zərbə PUA-larının hədəfləri "Amerika "F-18" qırıcılarının dislokasiya yerləri, yaşayış korpusu və avadanlıq anbarı" olub.
Hüseyn İbadlı
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 23 Noyabr 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO

























.jpg)











