Dünya
Poroşenko: “Rusiyanın bu layihəsi rəsmi olaraq iflasa uğradı”
“Ölkənin şərqindəki separatçılar ordu birliklərinə hücum edəcəyi halda hərbi vəziyyət elan ediləcək”.
Publika.az “Unian.net” saytına istinadən xəbər verir ki, bu sözləri prezident seçilməsinin birinci ildönümü ilə bağlı hazırlanan “Poroşenkonun bir ili” proqramında çıxış edən Ukrayna prezidenti Pyotr Poroşenko deyib.
“Əgər atəşkəs pozulsa və separatçılar cəbhə xəttini keçərək Ukraynanın silahlı qüvvələrinə hücuma başlayarsa, həmin an ölkədə hərbi vəziyyətin elan edilməsi barədə qərar verəcəyəm”, - Poroşenko bildirib.
Ukrayna prezidenti ötən ilin avqust ayının ikinci yarısından başlayaraq ölkənin şərqində vəziyyətin tamamilə dəyişdiyini, tam təchizatlı və Qafqazda döyüş təcrübəsi olan minlərlə Rusiya hərbçisinin Ukrayna torpaqlarına girdiyini qeyd edib. Poroşenko bununla da hərbi əməliyyatların xarakterinin dəyişdiyini, Rusiyanın dəstəklədiyi separatçılarla döyüşün Rusiya ilə döyüşə çevrildiyini söyləyib.
Rusiyanın ilk mərhələdə Xarkov, Dnepropetrovsk, Donetsk, Luqansk, Zaporoje, Xerson, Nikolayev, Odessa və Krımı “Novorossiya” (Yeni Rusiya) çətiri altında birləşdirmək istədiyini deyən Poroşenko layihənin rəsmi olaraq iflas etdiyini dilə gətirib. Prezidentin sözlərinə görə, dil artıq dövləti parçalayan faktor olmaqdan çıxıb. O, ölkənin şərqində rus dilində danışanların 50 faizinin Ukraynanı müdafiə etdiyini deyib.
Ömər Dağlı
-
Nida Xəbər 11:15
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edir - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?