Türkiyədə suriyalıların güclü mafiyası yetişir - İDDİA
Bizi izləyin

Dünya

Türkiyədə suriyalıların güclü mafiyası yetişir - İDDİA

Türkiyə Cümhuriyyət Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğlu ölkəsində qaçqın həyatı sürən suriyalılarla bağlı növbəti dəfə sərt danışıb.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Kılıcdaroğlu yaxın vaxtlarda ölkədə “yeraltı dünya”da təsirli bir suriyalı qrupun ortaya çıxacağını bildirib.

Türkiyədəki suriyalıların ölkələrinə göndərilməsinin lazım olduğunu dəfələrlə dilə gətirən CHP liderinin sözlərinə görə, hazırkı xarici siyasət davam etdiriləcəyi halda, ölkə üçün bunun ağır nəticələri olacaq.

Xatırladaq ki, CHP sədri mart ayında keçirilən bələdiyyə seçkiləri öncəsi də Türkiyəyə sığınan suriyalılarla əlaqədar qalmaqallı bəyanat verib. Partiya sədri hakimiyyətə gələcəyi halda suriyalıları ölkəsindən qovacağını deyib.

“Suriyalı qardaşlarıma deyəcəyəm ki, bir milyon 700 min qardaşım, ata ocağınıza geri dönün, sizə hər cür kömək edəcəyik. Sizə bu vaxta kimi 5 milyard 500 milyon dollar xərclədik, halal xoşunuz olsun. Amma CHP iqtidarında “get qardaşım öz ölkəndə işlə" deyəcəyik”, - Kamal Kılıçdaroğlu vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm