"Bu işlə 10 yaşımdan məşğul oluram" – FOTOLAR
Bizi izləyin

Bizim tərcümə

"Bu işlə 10 yaşımdan məşğul oluram" – FOTOLAR

Amerikalı kinoaktrisa Vaynona Rayder:

Jurnalistlərə nifrət edirəm...

Həyatda ən çox qorxduğum şey simiclikdir.

Məni hipster adlandıranda xoşum gəlir. Yeri gəlmişkən, o sözün mənası nədir?
Bir çox məşhurların bioqrafiyasını oxuduqdan sonra onların həyatının necə dolaşıq, necə çətin olduğunu gördüm. Qərara gəldim ki, mən də onlar kimi yaşamalıyam.
Böyük siniflərdə Bondun rəfiqələri kimi geyinməyi sevirdim. Mən azyaşlı Pussi Qalora bənzəyirdim. (“Qoldfinger” filminin personajı- red.)

Özümdən savayı kiməsə təsir edə biləcəyimi zənn etmirəm.

On səkkiz yaşım tamam olanda Şon Pennlə mərcə girdik. O dedi: “Gəl, 500 dollardan mərc edək ki, otuz yaşın olanda aktrisa karyerasından ürəyin bulanacaq”. İndiyə qədər ondan o pulu tələb etməyə tərəddüd edirəm...

Jurnalistlərə nifrət edirəm. Onlar sənin haqda yalnız iki şeyi yazmağa qadirdilər: Açıq-aşkar yalan, bir də sənin hamıdan gizli saxlamaq istədiyin sirri.
Kino ulduzu olmaq pisdir. Personajın problemləri tamaşaçının öz problemlərinə nisbətdə çox əhəmiyyətsiz görünür.

Kino sənayesinin ən dəhşətli səhvi aktyorlara bir filmə görə, iyirmi milyon qonorar ödəməsidir. Bununla da, kinoda hər şey bitdi.

Həyatda ən çox qorxduğum şey simiclikdir.
Nə vaxtsa aktrisa olmağı arzuladığım yadıma gəlmir. Ancaq bir şeyi dəqiq xatırlayıram: mən yazıçı olmaq istəyirdim...
“Çovdarlıqda uçurumdan qoruyan” kitabını ona görə sevirəm ki, bu kitab sənin unikallıq hissini bitirə bilir. Onu oxuduqdan sonra sənin kimi düşünən insanların çox olduğunu görürsən.

Bir dəfə barda oturmuşduq, dostlardan biri mənə dedi: “Sən bilirsən ki, Amerikada sənin həyatın barədə heç nə bilməyən bir kişiyə daha rast gəlməyəcəksən?”

“Qəribədir” – bax, bu sözə nifrət edirəm. Mənim haqda bunu söyləyən insanı yerindəcə güllələmək istəyirəm.
Deyəsən, mən yaşayan rayona bütün dünyadan olan modellər axışıb. Özümü sirk cırtdanı kimi hiss edirəm.
Bəzən hamımız böyüməyə məcbur oluruq...
Mən qəribəyəm, dəliyəm, təhsilliyəm, yumşağam, vəhşiyəm, qapalıyam, darıxdırıcıyam, romantikəm, eqoistəm, qəddaram və mən mehribanam...

Həmişəlik... Aman tanrım, bu necə də qəribə sözdür...

Amerikalı aktrisa Mişel Uilyams:

“Macəra” – çox kişisayağı səslənir...

Qaranlıq səni tabe olmağa məcbur edir...

Hər dəfə yaxşı bişirilmiş piroq yeyəndə, bu həyatda heç nə bacarmadığımı anlayıram.
Ulu nənəm Amerikaya dovşanla gəlmişdi. On beş yaşında o, bilet olmadan Norveçdən Ellis adasına üzdü, daha sonra yük vaqonuna tullanıb Montanaya keçdi.
Uşaqlıqda boksçu olmaq istəyirdim. Səbəbini bilmirəm, ancaq Mayk Taysonla döyüşməyi arzulayırdım.

Atam xəzinə ovçusudur, amma onun bir çox başqa işləri də vardı...
Valideynlərimin ikisindən də nəsə götürmüşəm: evdarlıq və qaranlıq mağaralarda qazıntı işləri ilə məşğul olmağı arzulayan insan...

On beş yaşımda valideynlərimlə qanlı mübarizədən sonra Los-Ancelesə aktrisa olmağa yollandım. Bu səfehlik və şıltaqlıq idi – yeniyetməyə xas xüsusiyyətlər... Amma indi o hadisələr mənə bir macəra kimi gəlir.
“Macəra” – çox kişisayağı səslənir.
Həmişə böyüməkdən və işi sona çatdırmaqdan qorxmuşam.
Təhlükə qorxutduğu, həyəcanlandırdığı ana qədər qeyri-realdır.
Mən kəskin hisslər axtarışında deyiləm və risk etməyi də sevmirəm.

Hamının qarşısında pərt olmaq başıma gələ bilən ən pis şey ola bilər. Məhz buna görə, hündürdaban ayaqqabı, ağ paltar və eynək taxmağı sevmirəm.
Azad filmdə elə də çox pul yoxdur. Burada bütün çəkiliş heyəti əsəbi olur və hər bir kəs iki nəfərin əvəzinə çalışmalı olur.
Ağır iş insanlara yaxşı təsir edir.

Təkbaşına kiçik mənzildə yaşamaq dəhşətli idi. Mən yumurtalar üçün nəzərdə tutulmuş yeşiyin üstündə yatırdım və yalnız pasta bişirməyi bacarırdım.
Artıq böyüdüyün zaman yeni bir şeyə öyrənmək çox çətindir. Özünü qanmaz kimi hiss edirsən.

Kimsə sənə bədəninə toxunmadan da, zədə yetirə bilər.

Qaranlığın öz gücü, öz maqnetizmi var. Qaranlıq həqiqət hissini aşılayır və səni tabe olmağa məcbur edir.
Aktyor olmaq – vərdişdir. Bu işlə 10 yaşımdan məşğul oluram və bu gün mən bundan savayı başqa bir iş bacarmıram.

Mən ispan dilində danışmağı və ya pianoda çalmağı öyrənən bilərdim, lakin bu mənim karyerama heç bir dramatik təsir göstərməyəcəkdi.

İnsanları bir-birindən aralı gəzməyə məcbur edən səbəbin nə olmasını düşünməyə çox vaxt sərf etmişəm. İnsan səhvləri kor ləkə kimidir...

Qızım anasının sehrbaz olmasına görə çox sevinir. O, hətta uça bildiyimi də düşünür...
Maşını yüksək sürətlə idarə etməyi xoşlayıram. Bircə maşını dəli kimi sürdüyümü fikirləşməyin.
Bizi nəyin gözlədiyini bilmirik: qan, yoxsa su? Bilmirik, ancaq nəyin tərəfində olduğumuzu müəyyənləşdirməliyik.

Çəkilişlərdən sonra bir neçə həftə dəli kimi dolaşıram. Sanki dəlicəsinə kiməsə aşiq olmuşam...
Şeirlərin heç bir praktiki dəyəri yoxdur. Onlar sənə vanna və ya şam yeməyi hazırlamayacaqlar. Bu səbəbdən də, satqın şairlər olmur.

Tez-tez kino ilə vidalaşmağı arzu edirəm. Camaşırxanada və ya baş aşpazın köməkçisi vəzifəsində çalışmaq və ya pulun qarşılığında sevgi məktubları yazmaq istəyirəm. Bu arzular reallığı maskalayır...

Əlbəttə ki, məsuliyyət daşımağı xoşlamıram.
İstənilən məkan ideal ola bilər, ta oranı öz evinə çevirdiyin ana qədər. Bax, o zaman problemlər başlayır...
İşdə mən həyatda olduğundan daha cəsarətliyəm...

Özümü daim nədənsə qorxmuş balaca qız kimi hiss edirəm...
Bəzi şeylər heç vaxt dəyişməyəcək, məsələn elektron poçt.
Görəsən, uşaq kimi kəkələyirəm, yoxsa yox?

Daim düşünürəm, necə bir həyat yaşamağı istərdim, əslində, nə ilə məşğul olmaq istəyirəm, hara gedim, vaxtımı necə keçirim, mənim dünyamda ən vacib şey nədir?

Tərcümə: Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm