"Məhəbbət nədir?..." – FOTOLAR
Bizi izləyin

Bizim tərcümə

"Məhəbbət nədir?..." – FOTOLAR

Amerikalı yazıçı Uilyam Syüard Berrouz:

Siyasətçilər, həqiqəti söyləyin, sonra isə həmişəlik ağzınızı yumun...

Səkkiz saat ərzində heç kim məni narahat etməyəcək – bu, əsl cənnətdir.

“Cənab Berrouza istədiyi qədər morfi yeritmək”...

Hamı öz işi ilə məşğul olsa, bu həyatda yaşamaq daha asan və xoş olardı.

Mən yazıçıyam və bütün həqiqi yazıçılar kimi keşişəm...
Harvardda darıxırdım. Uğurlu reklamçı olmaq və ümumiyyətlə, Harvard məzununun həyatını yaşamaq istəmirdim, mənlik deyildi. Beləcə, narkotik dadmağı qərara aldım...

Narkomanlar həyatda gördüyüm ən darıxdırıcı insanlardır.
Narkotiki necə istifadə etməyin fərqi yoxdur, nəticə eynidir – asılılıq...

Meksikaya həm də ona görə köçdüm ki, Amerikadan fərqli olaraq, burada narkotik əldə etmək daha asandır.

Yazıçı olmaq istəməyimin səbəbi onların varlı və məşhur olmalarıdır.
İnsana yazmağı öyrətməyin mümkün olmadığını düşünürəm. Bu, bilirsiniz, nəyə bənzəyir? Sanki tələbələrə deyirlər: “Çalışın, daha çox qarışıqlıq yaradın, qoy, zorakılıq da artsın...”

Əgər Coan (Coan Vollmer – Berrouzun həyat yoldaşı- red.) vəfat etməsəydi, yazmağa başlamazdım. Bütün ömrüm boyu iblislərdən yaxamı qurtarmağa çalışırdım. Coanın ölümü məni bu Alçaq ruhla bağladı və mən daim onunla mübarizə aparmaq məcburiyyətindəyəm. Yeganə xilas yolu - yazmaqdır...

Bəli, şər, pislik mövcuddur. Niyə iblis insanın yaxasından əl çəkmir? Ona görə ki, bu onların cəhənnəmdən azad olmaq üçün yeganə yollarıdır. Çünki insan onların cəhənnəmdə əldə etdikləri biletdir...

Yazıçılar fillər kimi, kinli olurlar. Amma elə şeylər var ki, onları unutmaq istərdim...
Dil - yadplanetli virusdur.
Narkomanlıq təcrübəm yazıçılıq karyeramda mənə yardımçı oldu. Yazıçı başqalarının xeyir götürmədiyi şeylərdən xeyir götürə bilir...

Mənzil sahibəsini istədiyin qədər aldada bilərsən, ancaq Muzanı heç vaxt...

Özümü işləməyə məcbur etmirəm, sadəcə, bunu etmək istəyirəm: Tamamilə tək qalmaq, bilmək ki, səkkiz saat ərzində heç kim məni narahat etməyəcək – bu əsl cənnətdir.

İşləyəndə mənə çap maşını və qayçı lazım olur.
İncəsənətin əsas məqsədi - insanlara nəsə bildiklərini, ancaq hələ bunu dərk etmədiklərini sübut etməkdir...

Ümumi narkozdan zəhləm gedir, hətta qorxuram.

Koronar şuntlama əməliyyatı zamanı həkim mənə dedi: “Bu morfidir”. Mən də cavabında: “Çox gözəl, vur, əzizim” – söylədim. Doktor xəstəlik kartımda yazdı: “Cənab Berrouza istədiyi qədər morfi yeritmək”.

Hollivudun iyrənc vəziyyətə gətirə bilmədiyi elə bir insan arzusu yoxdur...

Hamı öz işi ilə məşğul olsa, bu həyatda yaşamaq daha asan və xoş olardı.

Pişiklərin davasında, demək olar ki, həmişə davanı başlayan qalib gəlir.
Dava uzanırsa, pişik utanmadan geri çəkilir, ancaq itlər səfeh kimi ölənə qədər mübarizə aparırlar. Ciu-citsu üzrə təlimatçı olan köhnə dostum həmişə deyirdi: “Fəndin baş tutmadısa, aradan çıx, oğlum”.

Siyasətçilər, həqiqəti söyləyin, sonra isə həmişəlik ağzınızı yumun.
Xeyir-dua verəcəyim hansısa siyasi gediş varsa, bu Amerika ilə Çinin ittifaqıdır. Əlbəttə ki, çinlilər razılaşsa...
Ərəblər keçmiş minilliklərdə ilişib-qalıblar. Onlar düşünürlər ki, indiki zamana televizorun yardımı ilə düşə biləcəklər.

Paranoik ətrafda baş verənlərdən az-çox başı çıxan adamdır, psix isə artıq hər şeyi anlamış insandır.
Həyat heç kimə məxsus deyil. Lakin əlində tava tutan insana ölüm məxsusdur.
Sakitlik ancaq boşboğazlar üçün dəhşətlidir.

Depressiya hər şeyi dəyişmək üçün yaxşı yoldur.
Əgər sakitləşsəniz və səbr etsəniz, ağlınız istənilən sualı cavablandırmaq iqtidarında olacaq.

Biz əvvəli görməmşik və çətin ki, sonu da görək. Bizim dünya haqda biliklərimiz çox cüzi və nisbidir.
Bədbəxt hadisənin qarşısını almaq üçün onu qabaqcadan görməlisən.


Seks barədə heç nə bilmirik. O, nədir? Niyə ondan həzz alırsan? Həzz nə deməkdir? Gərginlikdən xilas?

Belə güman edilir ki, homoseksualda qadına qarşı hansısa maraq yaratmaq olar. Gərgin səylər nəticəsində, elə etmək olar ki, homoseksual köhnə ayaqqabısına qarşı keçirdiyi hissi qadına qarşı da keçirsin...

Məhəbbət nədir? Dünyada ən təbii ağrıkəsici.

Yaşamaq vacib deyil. Səyahət etmək isə mütləqdir.
Paris dünyanın ən iyrənc şəhəridir. Yeməyi dəhşətlidir, yaxud çox bahalıdır və ya ümumiyyətlə, dadsızdır. Fransızlar özləri isə elə də xoş insanlar deyillər.
Əlimizdə televiziya olsaydı, Amerikanı idarə edərdik.

Daha böyümürsənsə, ölməyə başlayırsan.

Elə bir yer, məkan yoxdur ki, oranı öz evim adlandıra bilim. Bəlkə, mən yadplanetliyəm?
Əsl dost ölümünüzdən sonra pişiyinizin qayğısına qalan biridir.
Kiminsə məndən xoşu gəlməməsi məni narahat etmir. Mən, ümumiyyətlə, fikirləşirəm ki, insanların əksəriyyəti mənə nifrət edir...

Rusiyalı yazıçı Saşa Sokolov:

Üsyankarlıq rus xarakterinin məftunedici özəlliklərindən biridir...

Bütün insan çatışmazlıqları arasında snobizm ən cazibədar xüsusiyyətdir.

Normal kişilərin həyatında qadınlar həlledici rol oynayır.

Dostluq mənim üçün kifayət qədər ağır bir şeydir. Axı dostunla əlaqəni heç zaman kəsməməlisən...
Amerikalı milyonçu bir qayda olaraq, aztəhsilli biridir. Mütaliəsizdir, idmanla az məşğul olur, beynəlxalq turizmlə maraqlanır. Ancaq bütün bunlar nədənsə onu daha maraqlı həmsöhbət edir.

Mahnını kimə oxumağın vacib deyil. Özünə də oxuya bilərsən.
Qərbdə yaramazlar sözə baxır və qanuna tabe olurlar. Elə bu səbəbdən də, nəzərə çarpmırlar.

Aralıq dənizi dəbinə uyğun geyinirəm. Dəyişməyən dəblə. Qara rəngdə. Tövsiyə edirəm. Əbədiyyət rəngi.
Rusiya öz tarixi kursuna uyğun hərəkət edir: pisdən daha pisinə doğru.

Üsyankarlıq rus xarakterinin məftunedici özəlliklərindən biridir.

Amerikaya bir neçə dəfə maşınla getmişəm. Coğrafiya ilə aram yaxşıdır. Arxitekturası qorxunc dərəcədə primitivdir. Pişikləri şən deyil, siçanı tutur, amma yemirlər. İtləri mehriban, dostcanlı və kökdürlər. İnsanları kimi.
Anam həmişə pula önəm verməməyi məsləhət görürdü.

Mən əminəm ki, növbəti həyatda hər şey daha yaxşı olacaq.
Müasir kinematoqrafiyanı incəsənət hesab etməyə dilim gəlmir. Həm də bizi öyrədiblər ki, incəsənət daimidir, ölməzdir. Ancaq filmlər köhnəlir axı...
Düşünürəm ki, dünyada düzünü deyən yeganə televiziya kanalı hava haqda telekanaldır.
Qırx yaşla altmış yaş arasındakı fərqi bilmirəm. Düz gəzirəm, belimi əymirəm. Yuxusuzluqdan əziyyət çəkmirəm. Hətta ağlımı da itirməmişəm, belə deyirlər.

Tərcümə: Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm