“Kişiləri sevirəm” - FOTOLAR
Bizi izləyin

Bizim tərcümə

“Kişiləri sevirəm” - FOTOLAR

“Kişiləri sevirəm” - FOTOLAR

Amerikalı aktrisa Qvinet Peltrou:

Kişiləri sevirəm. Baxmayaraq ki, onların çox bir hissəsi yalançı və ikiüzlüdürlər...

Həyat çox qısa və dəyərsizdir...

Həyat asanlaşdıqca, sən ondan daha çox həzz alırsan...

Uşaqlıqda öz adıma nifrət edirdim. Məncə, o, çox lovğa səslənir axı...

Heç vaxt məşhur olmaq istəməmişəm. Ancaq bir şeyi arzulamışam – aktrisa olmaq...

Teatr məktəbində də parlamamışam. Valideynlərim kolleci bitirməyənə qədər oynamağıma qadağa qoymuşdular.

İyirmi altı yaşında karyeranın zirvəsinə çatmaq – bax, bu əsl dəhşətdir...

Həyat çox qısa və dəyərsizdir. Odur ki, ilham aldığın ən xırda bir şeydən ilhamlan...

Əgər öz-özünə: “Bunu pula görə edirəm, bunu isə həzz almaq üçün” söyləyirsənsə, onda vəziyyətin yaxşı deyil.

Həyatın asanlaşdıqca, sən ondan daha çox həzz alırsan.

Hər şeydən çox adamı əziz insanının vəfatı dəyişə bilər.

Həyatımı üç hissəyə bölmək olar: Atamın ölümü. (Qvinet Peltrounun atası xərçəng xəstəliyindən vəfat edib – red.), gələcək həyat yoldaşımla tanışlıq və ilk övladımın dünyaya gəlməsi.

Uşağın olmayana qədər övladı olan aktrisalar baxıb söyləyirsən: “Aman tanrım, yəqin, onlar uşaqlarını həftələrlə görmürlər. Onlar çox güman ki, övladlarının məktəbə gedib-getmədiklərindən də xəbərsizdirlər”. Sonra sənin öz övladların dünyaya gəlir və anlayırsan ki, düşündüklərin yanlış imiş. Uşaqlar heç vaxt səni çox uzağa getməyə qoymurlar.

Hamiləlik sənin yaddaşına təsir gösərir. Pis aktrisaya çevrilmirsən, xeyr, sadəcə, unutqan olmağa başlayırsan.

Çəkiliş meydançasında hamilə olmaq çətindir. Hər an ürəyinin bulanacağından qorxursan.

Uşaqlarına döş verən qadınlar məni anlayacaqlar: Əgər süd verib bitirdikdən sonra qadın plastik cərraha yeni döş xahişi ilə müraciət edirsə, bu, plastik cərrahiyyə deyil, bərpa prosesidir.

Mən ölərəm, ancaq uşaqlarıma tez hazırlanan (paket şəklində satılan şorba) şorba yemələrinə izn vermərəm.

Mən həmişə çox təmizəm, ancaq heç də həmişə səliqəli deyiləm. Heç vaxt əşyalarımı səliqəli yığmağı bacarmamışam.

Düşmən mövqeyi tutan insanlara daim nifrət etmişəm. Bəzi insanlar öz bloqlarında haqqımda xoş olmayan sözlər yazırlar. Bununla, onlar əməlli-başlı qəlbimə toxunurlar. Başa düşə bilmirəm, niyə mənə, etdiklərimə bu qədər nifrət edirlər? Axı mən yaxşı insanam və ətrafımın da gözəl olmasının arzulayıram...

İnsanlar fikirləşir ki, mən laqeyd qocayam və barokamerada yatıram. Ancaq o, mən deyiləm!

Mən hasara dırmaşanlardan da deyiləm, qapını daha üstün tuturam.

Həmişə düşündüyümü söyləyirəm, danışanda da sözlərimə uyğun danışıram.

Bir vaxtlar mən çox sadəlövh olmuşam. Sonralar sadəlövhlüklə elə də uzağa gedə bilməyəcəyimi başa düşdüm.

Kişiləri sevirəm. Baxmayaraq ki, onların çox bir hissəsi yalançı və ikiüzlüdürlər.

Evliliyim barədə danışmamağı üstün tuturam.

Əgər biz Qədim Roma və ya Qədim Yunanıstanda yaşasaydıq, məni xəstə və çirkin hesab edərdilər. Standartlar zamana diktə edir. Məsələn, bu gün hansısa səbəbdən, incə və arıq olmaq daha yaxşı sayılır. Ancaq bu səbəb mənə çox mənasız gəlir...

Qətiyyən başa düşmürəm, arıq qadınların kök xanımlara nisbətən daha cəlbedici olmaları fikri hardan çıxıb? Bu, əsl özbaşınalıqdır!

Bir şeyi yadda saxlamaq lazımdır: sənə çoxlu pullar qazandırsan şey tez ya gec səni satacaq...

Rok-ulduz olmağı arzu edən aktyorları heç vaxt başa düşməmişəm.

Nədənsə mənə həmişə elə gəlir ki, kinoda reallıqda olduğum kimi görünmürəm.

İngilis həyat tərzi xoşuma gəlir. O Amerikada olduğu tək kapitalist ideyaları ilə bir o qədər zəngin deyil.

Çox tez-tez öz arzum olmadan, Amerikanı müdafiə etmək məcburiyyətində qalıram. Amma mən , həqiqətən, hesab edirəm ki, xoşagəlməz siyasi fona rəğmən, Amerika gözəl ölkədir...

Avropa Amerika Birləşmiş Ştatlarından çox fərqlənir. Birincisi, Avropanin tarixi var, ikincisi, buradakı evlər daha qədimidir...

Təmiz və gözəl məkanları sevirəm.

İnsanın özü haqda hər şeyi bilməsi düzgün deyil.

Amerikalı aktrisa və rejissor Cudi Foster:

“Tale” heç vaxt qərar verməyən insanlar üçün çox rahat sözdür...

Övladlarının sənin gözlərinin önündə qocalmasını görmək, yəqin, dəhşətli səhnədir...

Nədənsə insanlar ateist olduğumu öyrəndikdən sonra təəccüblənirlər.

Din – elmdir... Qəddarlıq insana məxsus keyfiyyətdir və mütləqdir.

Əgər bütünlüklə övladlarından asılısansa və hər yolla onlara nəzarət etməyə çalışırsansa, sən pis anasan.

Məni ən az maraqlandıran uşaqlarımın nə danışmasıdır, çünki onlar yaşda nə barədə danşdıqlarım gözəl yadımdadır.

İstənilən yaşda özündən böyük və ya kiçik biri ilə vaxt keçirmək daha yaxşıdır, nəinki öz həmyaşıdınla.

Heç bir pullar qarşılığında iyirmi yaşlarıma qayıtmaram. Bu yaş qorxu və həyəcanlarla doludur.

Övladlarının sənin gözlərinin önündə qocalmasını görmək, yəqin, dəhşətli səhnədir.

Anam daim gecikirdi və bu məni sözün əsl mənasında, qıcıqlandırırdı. Odur ki, indi mən görüşə ya tam vaxtında və ya vaxtından öncə gəlirəm. Görürsünüz, uşaqlara tərbiyəni tamamilə təsadüfən də vermək olar.

Mən Avropa kinosunu sevirəm, axı mən məhz Avropa kinosunda böyümüşəm.

Udmaq uduzmaqdan daha yaxşıdır. Ən azı ona görə ki, qalib daha rahat yatır.

“Tale” heç vaxt qərar verməyən insanlar üçün çox rahat sözdür...

Tez-tez danışmağı bacaran insanlar mənə qəribə gəlmirlər. Əgər sən tez-tez danışırsansa, deməli, cəld düşünməyi də bacarırsan...

Özümü ruhlandırmağı öyrənmək istəyərdim.

Normallığa can atmaq yox, ondan qaçmaq lazımdır.

Mənə elə gəlir ki, qadınlar qırx yaşından ağıllanmağa başlayırlar...

Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm