“Biri lotereyada udacaq, digəri aşiq olacaq...” - FOTOLAR
Bizi izləyin

Bizim tərcümə

“Biri lotereyada udacaq, digəri aşiq olacaq...” - FOTOLAR

Britaniyalı aktyor İen Makkellen:

Siyasətçilər çox tez-tez Allah barədə danışırlar...

Şlyapamı yenicə çıxarmışdım ki, yoldan keçən biri qabağıma bir dollar atdı. Başqa biri soruşdu: “Sənə kömək lazımdır, qardaş?”...

Yetmiş yaşlarında məşhur olmaq yəqin ki, 18 yaşında məşhur olmaqdan daha asandır. Bu gün mən artıq anlayıram ki, Qendalf kimi məşhur olmaq İen Makkellen kimi məşhur olmaqdan daha xoş bir hissdir. Qoy, insanlar Qendalfın şəxsi həyatı ilə maraqlansınlar, nəinki mənim həyatımla...

Tolkin Ortatorpaq dünyasında yeganə avtoritet idi və onun seks barədə fikirləşdiyini də düşünmürəm. Hər halda, “Üzüklər şahzadəsi” kitabında buna dair heç bir sübut yoxdur.

Ortatorpaqda seks yoxdur.

Qırx doqquz yaşımda özümə: “Hə, mən homoseksualam” dedikdən sonra özümə əminlik hissim birə yüz artdı.

Bir çoxları gey hərəkatın lideri olacağımı ehtimal edirdi. Amma məni siravi döyüşçü obrazı daha çox cəlb edir.

Həyatda hər şeyə görə cavabdehlik daşımaq mümkün deyil. Mən ancaq homoseksuallara və aktyor bacarığına görə məsuliyyət daşıyıram.

Yeni texnologiyalar sayəsində bir müddət sonra plastik əməliyyatlara artıq ehtiyac qalmayacaq. Bir halda ki, bunu kompyuterlə edə bilirsənsə, niyə özünü canlı-canlı kəsəsən ki? Belə davam etsə, biz Meril Striplə “Romeo və Culyetta” da da oynaya biləcəyik.

Aktyor Hamleti, Romeonu, Yaqonu və ya III Riçardı oynayırsa, o, ilk növbədə, yadında saxlamalıdır ki, bu rolları daha öncə minlərlə, hətta on minlərlə insan oynayıb. Qorxu bir andaca yox olacaq. Başa düşürsən ki, sən minlərdən birisən. Odur ki, heç nəyə görə narahat olma. Sadəcə, oyna. Hamletlə baş verənlərə öz şəxsi münasibətini göstər.

Stendap-komiklə Şekspirin pyesində oynayan aktyor arasında heç bir fərq görmürəm. Əslində, sən yaxşı komik olmasan, heç vaxt Hamlet rolununun öhdəsində necə lazımdırsa, gələ bilməyəcəksən...

Melburnda idim, “Qodonu gözləyərkən”nin məşqləri gedirdi. Təmiz hava almaq üçün beş dəqiqə bayıra çıxdım. Şlyapamı yenicə çıxarmışdım ki, yoldan keçən biri qabağıma bir dollar atdı. Başqa biri soruşdu: “Sənə kömək lazımdır, qardaş?”

Qodo insanın gözlədiyi hər şeydir. Biri lotereyada udacağını, digəri aşiq olacağını gözləyir. Mən uşaq olanda mənim üçün bu Milad bayramı demək idi və o, nəhayət, gəlib çıxdı...

Səkkiz yüz il əvvəl Yeni Zellandiyada cənnət çadırları vardı. Orada yırtıcılar da yox idi. Harmoniya dolu təbiət... Çox güman ki, Yeri quşlar idarə edirdi. Özü də bunu o qədər uğurlu edirdilər ki, onlardan bəziləri uçmağı da yadırğamışdı, çünki buna ehtiyac qalmamışdı. Amma sonra insan peyda oldu və özü ilə yırtıcı gətirdi...

Hobbitaniyada kilsə yoxdur. Bu həyat üçün ideal məkandır. Əsl cənnətdir – burada Allah da yoxdur! Burada Roma Papası, arxiyepiskop, Bibliya yoxdur və heç kim səndən müəyyən qaydalara riayət etməyi tələb etmir. Lakin burada Qendalf var.

Siyasətçilər çox tez-tez Allah barədə danışırlar.

Təəssüfləndiyim yeganə şey aksentimi itirməyimdir. Mənim yaşda olan aktyorların əksəriyyəti düzgün ingiliscədə danışırlar. Lakin indi “BBC”-də belə standart tələffüzün olmadan çəkilə bilərsən. Bunun yaxşı hal olduğunu düşünməyə meylliyəm...

Əlbəttə ki, mən Entoni Hopkinsdən daha ucuzam. Toni – Hollivudun yarısıdır, mən isə ekssentrik ingilis aktyoruyam...

Biletlərin yaxşı satılmasını arzulayırsınızsa, “Makbet”i səhnələşdirin. Əvvəllər belə bir şey vardı: hansı teatr “Makbet”i səhnəyə qoyurdusa, insanlar həmin teatrın problemləri olduğunu başa düşürdü...

Yaşlı vaxtında zamana və sözlərə qarşı daha həssas olmağa başlayırsan... Artıq inanmadığın bir şeyləri dilə gətirməyin heç bir əhəmiyyəti olmur.

Sərxoş olduğun halda, öz oynuna necə nəzarət etməyin mümkün olduğunu başa düşmürəm...

Əgər ayaqqabı və şalvarlarınızı dəyişməyi qrimdən sonra yox, əvvəl qərara alsanız, asanlıqla tumanınızı da geyinməyi unuda bilərsiniz...

Etiraf edim ki, bir az daltonikəm, yaşıl və qırmızı çalarları pis ayırıram. Buna görə, mən parlaq rəngləri sevirəm, o cümlədən, səhnələrdə.

Düşünürəm ki, tezliklə 3D-yə də öyrəşəcəm.

Yaşı yeddi-səkkiz olan çoxlu fanatlarım var. Mən ictimai nəqliyyatdam istifadə edirəm. Onlar mənə yaxınlaşıb avtoqraf istəyirlər. Bəzən xahiş edirlər ki, Qendalf kimi imzalayım. Mən cavab verirəm ki, indi o, burda yoxdur, indi ancaq İen var. Doqquz-on yaşlı uşaqları sevirəm. Onlar daha az utancaq olurlar, mənasız söhbətlər etmirlər. Onların suallarına da ağıllı cavablar verməyə məcbur olmuram – özüm oluram, səmimi oluram...

“Hobbit və ya ora və geriyə” kitabını gecə yatmamışdan əvvəl uşaqlara oxumaq olar.

“Üzüklər şahzadəsi” kitabı isə digər emosiyalarla zəngindir – burada qəhrəmanın geri qayıtmadığı ağır və uzun Dünya Müharibəsi də təsvir olunub. Amma Bilbo Beggins nəticədə, qayıtdı!

Gənc aktyorlar işin az olduğu çəkiliş meydançalarına üz tuturlar.

Filmlə teatrı müqayisə etsək... Kinoda aktyor rolunu oynayır və filmi rejissorun öhdəsinə buraxıb işlərinin dalınca gedir. Teatrda isə tam əksinədir: rejissor tamaşa gedərkən zalda da əyləşə bilər, öz evində şam edə də bilər. Teatr aktyorların çiynindədir desəm, yanılmaram.

Kral Lir böyük roldur. Ancaq onu Qendalfla bir tərəziyə qoysaq, Lir uduzacaq. Müasir texnika - DVD bunu diktə edir.

Mən insanların yadında Şekspir pyeslərinin darıxdırıcı aktyoru kimi deyil, Qendalf kimi qalmaq istəyirəm.

Tərcümə: Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm