• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Hollivud cütlüyündən xoşbəxt ailə resepti: diqqətli kişi və fədakar qadın – FOTOLAR

Hollivud cütlüyündən xoşbəxt ailə resepti: diqqətli kişi və fədakar qadın – FOTOLAR

Onlar həyatlarının “qara zolağ”ını birgə keçəndə Maykl bir şeyə əmin oldu: Ketrini özünə arvad etməkdə yanılmayıb.

Göz yaşlari, isterika, depressiya Ketrini əldən salırdı, lakin o, ərinə qarşı laqeyd olmadı. Bəs deyirdilər ki, Ketrin Zeta-Cons aktyor Mayk Duqlasın puluna görə ona ərə gedib…

Hollivudun ən sevimli cütlüyü Mayklın köhnə dostu Denni De Vitonun sayəsində tanış olublar. Hadisə Dovile kino festivalında baş verib. Ketrin Amerikaya özünün ilk Hollivud filmi hesab olunan “Zorronun maskası”na görə gəlmişdi. Ketrin Zeta-Cons filmdə baş rolda Antonio Banderasla oynamışdı. Bu vaxta qədər o, yalnız teatr (11 yaşından etibarən) və bir neçə serialda rol almışdı. Onun indiyənə kimi Hollivud filmi və ya ona məşhurluq gətirən kinosu yox idi. Ömrünün 30-cu ilində Ketrinin karyerasında dönüş nöqtəsi başladı və budur o, indi Londondan Hollivuda yollanırdı. Denni isə dostu Mayklı lap gənclik illərindən tanıyırdı. Onlar uzun illər eyni mənzildə yaşamış və necə deyərlər, birlikdə çox oyunlardan çıxmışdılar. Hər halda, Denni və Maykl köhnənin arvadbazları idilər.

Maykl keçmiş arvadı Diandra ilə nikahının son günlərini yaşayırdı. Bunu nəzərə alan Denni dostunun kefini qaldırmaq və onu nikahla bağlı qayğılardan uzaqlaşdırmaq istəyirdi. Londonda “kişilərin ağlını başından alan” Ketrinin festivala gələcəyindən xəbər tutan Denni dostunu oraya “itələmək” istəyirdi. Onu da qeyd edək ki, Ketrinin pərəstişkarları çox vaxt ondan yaşca böyük olan imkanlı kişilər olurdu. Duqlaslar klanının 54 yaşlı namizədi Maykl da bu parametrlərə uyğun gəlirdi. Bundan əlavə, Ketrin və Maykl eyni gündə - sentyabrın 25-də doğulmuşdular…

Onlarla qadının Mayklın ayaqları altına düşməyə hazır olan bir zamanda aktyor festivalda Ketrinə yaxınlaşaraq dedi: “Mən sizin uşaqlarınızın atası olmaq istərdim”. Ketrin özünü itirdi, lakin ona “yox” da demədi. Maykl və Ketrin qısa müddət ərzində görüşdülər. Onlar bir dəfə də olsun öpüşmədilər də. Denni onların izdivacını ciddi qəbul etməkdən vaz keçdi və onların toyuna artıq möcüzə kimi baxmağa başladı. Lakin… Maykl birdən-birə Ketrinə evlilik təklif etdi…

Maykl cavan, təzə qadınla evlənənə qədər hələ də, Diandra ilə rəsmi nikahda idi. Onlar bir yerdə yaşamasalar da, boşanma prosesini tezləşdirməyə çalışırdılar. Duqlas keçmiş arvadına görə qismən peşmanlıq hissləri keçirdirdi. O, diplomat qızı, su pərisinə bənzər qurşağınadək dalğalı saçlara malik olan uzun kiprikli Diandranı gənclik çağlarından tanıyırdı. Diandrada şeytani gözəllik və seksual xarakter vardı. Maykl onu görər-görməz ilk baxışdan vurulmuşdu. Duqlas Diandranın simasında, nəhayət ki, əsl məhəbbətin nə olduğunu başa düşmüşdü. Diandra ilə tanışlıqlarının ikinci həftəsində Maykl ona evlilik təklifi etmişdi. Altı ay sonra isə onlar evlənmişdilər.

Diandra Mayklı şüurunu işə salmadan, bütün qəlbi ilə sevirdi. Bir ildən sonra onların Kemeron adlı oğulları dünyaya gəldi. Kemeron Duqlas klanının varisi idi. Maraqlıdır ki, bu klandan çıxan bütün kişilər əyləncəyə meyilli idilər. Duqlas klanın bütün kişilərində narkotiklərə, içkiyə, siqaretə və təbii ki, qadına düşkünlük qeydə alınırdı. Mayklın atası, Amerika kinosunun əfsanəsi Kerk Duqlas hər kino çəkilişindən sonra yeni rəfiqəsi ilə harasa gedərdi. O bunu heç kimdən gizlətməzdi də. Mayklın anası xəyanətə və müxtəlif cür hörmətsizliklərə tab gətirməyərək boşandı. Bu, Kerk Duqlası narahat etmək əvəzinə onu növbəti dəfə evlənməyə vadar edir. Onun yeni arvadı çox müdrik qadın idi. O, ərinin qadınlara qarşı zəifliyinə göz yumurdu. Doğrudan da, qocalıqda pis vərdişlərinin daşını atan Kerk hazırda ailəcanlı kişiyə çevrilib, o, bütün gününü arvadı ilə keçirir…

Maykl və Diandra münasibətlərində isə heç kim bir-birinə güzəştə getmirdi. Maykl arvadına istədiyi hər şey verməklə Diandranının qısqanclıq hissini azaltmağa və etdiyi xəyanətlərin günahını yumağa çalışırdı. Oğlu Kemeron da bir tərəfdən atasından qayğı tələb edirdi. Sonralar Duqlas özü də nə qədər pis ata olmasını xatırlayır. Çünki Diandra bütün diqqətini ərinin xəyanətlərinə vermişdi, Mayklın isə başı sevgi macəralarına qarışmışdı, Kemeron isə müstəqil uşaq kimi böyüyürdü. Bunun fəsadları isə özünü gələcəkdə göstərəcəkdi və bu fəsadlar bir ailəni dağıtmağa kifayət edəcəkdi…

Mayklın Diandradan boşanması Hollivud tarixində ən səs-küylü və bahalı hesab qalmaqal olunur. Diandra 60 milyon dollar qazandı. Bundan sonra Maykl asanlıqla Ketrinlə evlənə bilərdi. Amma Mayklın arvadına etdiyi xəyanətlərdən hamının xəbəri vardı. Maykl təzə arvadına sadiqlik andı içib, heç vaxt xəyanət etməyəcəyinə söz versə də, buna heç kəs inanmayacaqdı. Maykl rəsmən boşanmasından sonra Ketrin ona ərə gəlmək şərtini irəli sürür. Hamı Ketrini pul düşkünü olmaqda günahlandırırdı. Ketrin elə belə qadın deyildi. O, Mayklın xəyanət edəcəyi halda ona bir sıra şərtləri yerinə yetirəcəyi haqda müqavilə imzalatdırdı. Belə ki, bu halda onların birgə yaşadığı illər 2, 8 milyon dollara vurulacaqdı. Alınan məbləğ kompensasiya kimi Ketrinə çatacaqdı. Maykl bu şərtlərlə razılaşdı…

Onların arasında 25 yaş fərq vardı. Maykıl “sağa”, “sola” gedən, Ketrin isə çətin xasiyyətli, ehtiraslı sevgi romanları yaşamış, indi isə Hollivudu fəth etməyə çalışan qadın idi. Lakin onların toyu baş tutdu…

18 min qızılgül, 2 milyonluq nişan üzüyü, bahalı otel, Uelsdən xor dərnəyi və “A kateqoriyasından” olan qonaqlar… Onların toy mərasimi qohum-əqraba və dostların çərçivəsində qeyd olundu.

Vaxt keçirdi, Ketrin ərinə 2 uşaq dünyaya gətirdi. Oğlu doğulduqdan sonra onlar yaşamaq üçün Bermud adasına köçdülər. Maykl gənc, gözəl arvadı üçün hər şey edirdi. Evin həyətində böyük qolf meydançası da tikdirdi. Ketrin isə evinin həyətində bağçılıq, bostançılıqla məşğul olurdu. Maykl hələ indi-indi atalıq hissininin nə olduğunu dərk edirdi. Əvvəllər onun üçün birinci yerdə karyera idi, indi isə ailə və uşaqlar ilk plana keçmişdi. Ketrin onun üçün yaxşı arvad, ailə üçün yaxşı gəlin idi. Duqlaslar ailəsi onu çox sevirdi.

2004-cü ildə Ketrin “Çikaqo” filminə görə “Oskar” mükafatına layiq görüldü. Kim bilir, bəlkə də, Maykl olmadan Ketrin heykəli çətinliklə qazanardı. Amma Ketrinin qeyri-adi seksual və xarizmatik görünüşü bir çox rejissorları cəlb edirdi…

Ailədə baş verən bədbəxt hadisələr ard-arda ailənin möhkəmliyini sınayırdı. Uğurs ailələrdə tərəflərdən hər biri öz işi ilə məşğul olub kənara çəkilir, xoşbəxtliyin hökm sürdüyü ailələrdə isə ərlə arvad bir-birinə dəstəyinə olub, problemlərin öhdəsindən gəlməyə çalışırlar. “Qara zolaq” Duqlas ailəsindən də yan keçmədi.

Ailəyə ilk zərbə Mayklın böyük oğlu Kemerondan gəldi. Ata oğlunun narkotik dilleri olacağını gözləmirdi! Axı Kemeronun hər şeyi vardı, onun pula da ehtiyacı yox idi. İstedadlı oğlan rejissor və ya prodüsser ola bilərdi. Lakin o, fərqli bir yol seçdi. Kemeron oteldə külli miqdarda kokainlə yaxalandı. Duqlas ailəsinin pulu, şan-şöhrəti oğlanı həbsə düşməkdən xilas edə bilmədi. Bütün bu hadisələrin öhdəsindən gəlmək üçün Maykla dəstək lazım idi. O, lazımı dəstəyi sevimli arvadı Ketrindən gördü. Ketrin bütün əməlləri ilə Maykla pula görə ərə getməsi barədə yayılan şayiələri darmadağın edirdi.

Kemeron 5 il azadlıqdan məhrum edildi. Bütün baş verənlərdə Maykl özünü günahlandırırdı. Ketrin və Maykl onu görmək üçün həbsxanaya gedirdilər. Hətta bir dəfə oğlan həbsxanada möhkəm döyüldü. Bundan sonra ata Maykl xəstə düşdü.

Sanki, ailə lənətlənmişdi. Bədbəxtlik ardınca bədbəxtlik gəlirdi. Maykl özünü pis hiss etməsindən həkimə şikayətlənirdi. Həkimlər isə Mayklın sağlamlığının yerində olduğunu iddia edirdilər. Üçüncü müayinədən sonra Mayklın xəstəliyi tapıldı: boğaz xərçəngi…

O, özünü ələ almalı və özünün dediyi kimi, “7 cəhənnəm əzabına bərabər” müalicə kursunu keçməli idi. Ketrin ərinə görə ağlayır, bir küncə qısılıb siqaret çəkirdi. Axı bu Ketrinin nəyinə lazım idi? Maykl vəfat etsə, Ketrin onun varidatına sahib olurdu. Lakin Ketrinə onun var-dövləti lazım deyildi. O, sevdiyi ərini əvvəlki kimi gülərüz və sağlam görmək istəyirdi. Maykl bir şeyə əmin oldu: arvadı onu dəlicəsinə sevir və onu itirmək istəmir. Ketrin özünü ələ alaraq ərini xəstəxanalara aparar, onun dərmanlarını vaxtı-vaxtında qəbul etməsinə nəzarət edərdi.

Ketrin heç özü də sağlam deyildi. İlk doğuşdan sonra (Dilan ağır şərtlərdə dünyaya gəlib) Ketrin travma almışdı. Onda depressiya əlamətləri yaranmışdı. Qadının tez-tez əhvalı dəyişir, səbəbsiz yerə dava salardı. Maykl sevimli arvadına qayğı, sevgi və şəfqət göstərirdi. Buna baxmayaraq, Ketrin tez-tez təmkinini itirirdi. Hələ bir dəfə, 2010-cu ildə tədbirlərin birində səhnəyə qalxan Ketrin nitqini bitirə bilmədi, o, sanki, reallıqdan uzaqlaşırdı və bu dünyanın insanı olmurdu. Yaranmış xoşagəlməz hadisədə orkestr dərhal fəaliyyətə keçərək Ketrini pis vəziyyətdən çıxardı…

2011-ci ildə Duqlas ailəsi Mayklın ölümcül xəstəlikdən qurtulmasını qeyd edirdi. Ailəsi əvvəlki tempinə qayıdırdı. Lakin həmin ilin aprel ayında Ketrinə diqanoz qoyuldu: manyakal-depressiv psixoz.

Ketrin xəstəxanaya yerləşdirilməsinə könüllü qərar verdi. Bu hələ harasıdır? Onun oğlu Dilanda da inkişafla bağlı problem tapıldı.

Ketrin və Maykl 2013-cü ilin may-oktyabr aylarında bir-birindən müvəqqəti ayrıldılar. Onlar ayrı yaşamaqla problemləri çözməyə çalışırdılar. Bu metodu öz bəhrəsini verdi.

Hollivudun sevimli cütlüyü noyabr ayından yenidən bir yerdədir. Onlar birlikdə bu qara zolağı keçərək, yenidən xoşbəxt həyata qayıtdılar. Maykl və Ketrini yalnız bir qüvvə xilas etdi: onların bir-birinə olan azalmayan sevgisi…

Tərcümə: Camalə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR