Konqresdən Kiyevə QADAĞA: “Amerika silahını...”
Bizi izləyin

ABŞ

Konqresdən Kiyevə QADAĞA: “Amerika silahını...”

ABŞ Konqresi Ukrayna Milli Qvardiyası üçün alınmış silahların “Azov” batalyonuna verilməsini Kiyevə qadağan edib.

Publika.az xəbər verir ki, bu haqda “The Hill” nəşri bildirib.

Müvafiq düzəliş ötən həftə qəbul edilən dövlət xərcləri haqqında qanun layihəsinə daxil edilib. Qərar batalyonun radikal baxışları və neonasizm ideyaları ilə izah olunur.

“Ağ irqin üstünlüyü və neonasizm ideyası yolverilməzdir. Mən çox şadam ki, yaxın vaxtlarda qəbul edilmiş qanun ABŞ-ın silah və ya təlimatçılarla “Azov” neonasist batalyonuna köməyini qeyri-mümkün edəcək”, - Kaliforniyadan olan konqresmen Roxit Hanna bildirib.

2017-ci ilin iyulunda “Azov” batalyonunun mətbuat xidmətinin dərc etdiyi xəbərdə PSRL-1 Amerika qumbaraatanlarının alınması haqqında danışılırdı. Amma Milli Qvardiyadan bildiriblər ki, batalyonda belə silah yoxdur. Daha sonra xəbər “Azov”un saytından silinmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm