2010-cu ildə... - Nüvə müharibəsi qorxusu Obamaya BUNU ETDİRDİ
Bizi izləyin

ABŞ

2010-cu ildə... - Nüvə müharibəsi qorxusu Obamaya BUNU ETDİRDİ

Ağ Evin altında keçmiş prezident Barak Obamanın dövründə tikilmiş bunker tapılıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda jurnalist Ronald Kesslerin “Trampın Ağ Evi: oyun qaydalarını dəyişdirərək” adlı kitabında deyilir.

Jurnalist bildirib ki, bunker prezident iqamətgahının şimal çəmənliyinin altında gizlədilmişdi. Məlumata görə, yeraltı sığınacaq nüvə müharibəsinin baş vermə ehtimalına qarşı 2010-cu ildə tikilib.

Donald Tramp administrasiyasının əməkdaşlarının artıq bu tikintidə olduğu bildirilir.

Qeyd edək ki, Ağ Evin Şərq qanadının altında daha bir bunker var. 2001-ci il sentyabrın 11-də “Əl-Qaidə” tərəfindən törədilən terror aktları zamanı burada ABŞ-ın vitse-prezidenti Riçard Çeyni və bir sıra məmurlar gizlənib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm