ABŞ
Tramp BƏƏ şahzadəsi ilə telefonda nəyi müzakirə etdi
ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vəliəhd şahzadəsi Məhəmməd ibn Zayed Əl-Nəhyan ilə telefonla danışıb.
Publika.az xəbər verir ki, telefon danışığı zamanı İran mövzusu müzakirə edilib. Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) üzvü olan ölkələr arasında iş birliyi ilə İranın regional təsirinə qarşı tədbirlərin müzakirə edildiyi telefon söhbəti haqqında Ağ Ev rəsmi məlumat yayımlayıb.
Məlumata görə, Tramp ilə vəliəhd şahzadə ikitərəfli və regional əlaqələrin genişləndirilməsi haqqında fikir mübadiləsi aparıblar. Eyni zamanda, Tramp şahzadəyə "İrana qarşı nələr edə biləcəyi barədə göstərdiyi liderlikdən" dolayı təşəkkür edib.
Bundan başqa, iki liderin, KƏŞ üzvü ölkələr arasındakı koordinasiyaların artırılması məsələsində daha çox addım atılmasının vacibliyi vurğulanıb.
Söhbət zamanı Trampın yaxın zamanda Birləşmiş Ərəb Əmirliklərinin vəliəhd şahzadə Əl Nahyanı Ağ Evə dəvət etdiyi də qeyd edilib.
Xatırladaq ki, martın 20-də Səudiyyə Ərəbistanının vəliəhd şahzadə Məhəmməd ibn Salmanı Ağ Evdə qəbul edən ABŞ prezidenti Trampın aprelin 10-da Qətər Əmiri Şeyx Təmin ibn Həməd Al Sanini Ağ Evdə qəbul edəcəyi deyilib.
Könül Cəfərli
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi



































