ABŞ-dan ölüm fərmanına bərabər 12 ŞƏRT - Vaşinqton strategiyanı ELAN ETDİ
Bizi izləyin

ABŞ

ABŞ-dan ölüm fərmanına bərabər 12 ŞƏRT - Vaşinqton strategiyanı ELAN ETDİ

“Vaşinqton İranın nüvə proqramı üzrə Birgə hərtərəfli İş Planına riayət etməyə hazırlaşmır”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo "Heritage Foundation"da ABŞ-ın İranla nüvə sazişindən çıxışından sonra proqram nitqi ilə çıxışında bildirib.

“Əgər İran rejimi keçmişdə seçilmiş kursunu əvəz etməsə, sanksiyalar gücləndiriləcək. İran bütün tarixi ərzində ən güclü sanksiyaları alacaq”, - Pompeo deyib.

Mayk Pompeo İrana qarşı sanksiyaların yumşaldılması üçün İranın nüvə və raket proqramlarının dayandırılması üzrə 12 əsas şərtini açıqlayıb, həmçinin qoşunların Suriyadan çıxarılması da daxil olmaqla, regionda “pisniyyətli təsir”in azaldılmasının vacibliyini dilə gətirib. Dövlət katibi söz verib ki, ABŞ “İran təcavüzü”nü saxlayacaq və Tehrana görünməmiş miqyasda maliyyə təzyiqi göstərəcək.

Onun sözlərinə görə, hazırda tətbiq edilən sanksiya İrana xaricdəki müttəfiqlərini maliyyələşdirmək imkanı verməyəcək: "İran bir seçim etmək məcburiyyətində qalacaq: ya öz iqtisadiyyatını düşünməli, ya da öz resurslarını xaricdəki müttəfiqlərinə sərf etməlidir".

Pompeo ABŞ-ın 2015-ci il tarixli nüvə sazişini yenidən müzakirə etməyəcəyini, yeni müqaviləni müzakirə edəcəyini deyib.

Nüvə silahının yayılmaması üzrə tələblərdən başqa, ABŞ İranın regiondakı bütün siyasətinin dəyişikliyinə nail olmaq niyyətindədir.

Pompeo bildirib ki, Vaşinqtonun tələbləri aşağıdakılardır.

1.İran nüvə proqramının bütün əvvəlki hərbi aspektləri haqqında MAQATE-ni məlumatlandırmalıdır.

2.İran ağır su reaktorun bağlanması da daxil olmaqla, plutoniumun zənginləşdirilməsini dayandırmalıdır.

3. İran MAQATE-yə ölkənin bütün ərazisində yerləşən obyektlərə giriş üçün imkan yaratmalıdır.

4. İran ballistik raketlərin yayılmasını dayandırmalı və nüvə silahı üçün daşıyıcıların hazırlanması proqramına son qoymalıdır.

5. Tehran amerikalıları və ABŞ-ın müttəfiqləri olan ölkələrin vətəndaşlarını azad etməlidir

6. İran Yaxın Şərqdə “Hizbullah”, “Həmas” və “İslam Cihadı” da daxil olmaqla, terror qruplaşmalarına dəstəyi dayandırmalıdır.

7. İran İraq hökumətinin müstəqilliyinə hörmət etməli və şiə qoşununun reinteqrasiyasını icazə verməlidir.

8. İran qoşunu husilərə dəstəyini dayandrımalı və Yəməndə siyasi münaqişənin həlli üzərində işləməlidir.

9. İran komandanlığı altında olan bütün güclər Suriyanın bütün ərazisindən çıxmalıdır.

10. İrandan Əfqanıstanda Talibana dəstəyi dayandırmalıdır.

11. İran “Əl-Qaidə”yə dəstəyi dayandırmalıdr.

12. İran İnqilabı Keşikçilər Korpusu terrorizmə dəstəyi dayandırmalıdır.

“Ümumiyyətlə, bu siyahını biz yaratmadıq. Bunu İran yaratdı”, - ABŞ-ın dövlət katibi bildirib.

O həmçinin işarə edib ki, Vaşinqton İranda hakimiyyət dəyişikliyinə qarşı olmazdı.

“Yekunda İran xalqı onun rəhbərliyi haqqında seçim etməli olacaq. Əgər onlar tezliklə qərar qəbul edəcəklərsə, bu çox gözəl olacaq. Əgər onlar bunu etməməyə qərar verəcəklərsə, onda biz səsləndirdiyimi nəticələrə nail olmayana kimi sərt olacağıq”, - Pompeo qeyd edib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp aprelin 8-də İranla imzalanan nüvə sazişindən çəkildiklərini açıqlayıb. O, iddia edib ki, nüvə sazişi İranın nüvə silahı əldə etməsinin qarşısını tamamilə almır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm