Trampdan NATO ilə bağlı İNANILMAZ AÇIQLAMA - Hamı ŞOKA DÜŞDÜ - (YENİLƏNDİ)
Bizi izləyin

ABŞ

Trampdan NATO ilə bağlı İNANILMAZ AÇIQLAMA - Hamı ŞOKA DÜŞDÜ - (YENİLƏNDİ)

ABŞ prezidenti Donald Tramp Brüsseldə keçirilən NATO zirvəsində şok çıxış edib.

Publika.az xəbər verir ki, prezident “lazım gələrsə, NATO-dan çıxarıq” sözlərini işlədib.

Donald Tramp zirvənin ikinci gününə bu çıxışı ilə damğa vurub.

Almaniyanın DPA xəbər agentliyinin verdiyi məlumata görə, Donald Tramp NATO müttəfiqlərinin müdafiə sənayesi xərclərini artırmaması durumunda ABŞ-ın üzvlükdən çıxacağını deyib.

Brüsseldə keçirilən NATO zirvəsinin ilk günündə müdafiə xərclərinə yetirə qədər məbləğ ayırmayan ölkələri sərt tənqid edən ABŞ prezidenti NATO-nu ölkəsinin təşkilatdan çıxması ilə təhdid edib. Lider müttəfiqlərə müdafiə xərclərinin miqdarını artırmaları üçün vaxt verib.

Qeyd edək ki, Donald Tramp vəzifəyə gəldiyi gündən etibarən NATO-ya üzv olan ölkələrin müdafiə sənayesi xərclərini artırmalarını tələb edir. ABŞ prezidenti buna səbəb olaraq xərclərin yükünün ən çox ABŞ-ın üzərinə düşdüyünü və bunun ədalətli olmadığını göstərib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm