Geniştərkibli görüş BAŞA ÇATDI - YENİLƏNDİ
Bizi izləyin

ABŞ

Geniştərkibli görüş BAŞA ÇATDI - YENİLƏNDİ

Liderlərin təkbətək görüşündən sonra nümayəndə heyətlərinin iştirakı ilə görüş keçirilib. Görüşə Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Maykl Pompeo qoşulub. Geniştərkibli görüşdən sonra prezidentlər mətbuat konfransı keçirəcəklər.

***

Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Trampın Helsinkidə keçirilən təkbətək görüşü başa çatıb.

Publika.az
xəbər verir ki, görüş 2 saat 10 dəqiqə davam edib.

Tramp Putinlə görüşü “hər şey üçün yaxşı start” adlandırıb.

Bundan sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam edəcək.

***

ABŞ prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında görüş başlayıb.

Görüş bu dəqiqələrdə Helsinkidə keçirilir. Görüşün 3 saat sürəcəyi ehtimal edilir.

ABŞ və Rusiya liderləri görüşün yekununa dair birgə mətbuat konfransı keçirəcək. Prezidentilər ən çoxu 4 sualı cavablandıracaq.

Onların əsasən Suriya və Ukrayna ilə bağlı məsələləri müzakirə edəcəkləri nəzərdə tutulub.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm