ABŞ
Təhlükəli Rusiya ÇAĞIRIŞI: “Təcili etmək lazımdır”
Donald Tramp administrasiyasında Rusiya ilə bağlı vahid yanaşma yoxdur.
Publika.az xəbər verir ki, bu haqda “Foreign Affairs” nəşrində ABŞ-ın Rusiyadakı sabiq səfiri Maykl Makfol yazıb.
Diplomatın fikrincə, bu münaqişə Vaşinqtona Moskvaya əks-təsir üçün ümumi strategiyanı formalaşdırmağa imkan vermir. Sabiq səfir qeyd edir ki, Vaşinqtona təcili belə bir strategiya lazımdır.
“Donald Tramp-Vladimir Putin danışıqlarında ABŞ-ın zəifliyi parlaq göründü. Məhz bu, Tramp administrasiyasının vəzifəyə gəldiyi il yarım ərzində Rusiya istiqaməti üzrə baş strategiyanın olmadığını göstərir”, - o yazıb.
Makfol bildirir ki, Tramp ABŞ-dakı seçkilərə müdaxilə ilə bağlı Rusiya lideriylə razılaşaraq, ona komplimentlər edərək və Krımın zəbt edilməsini ittiham etməkdən imtina edərək Putinlə dostlaşmaq istədiyini göstərir. Diplomat əmindir ki, Tramp iki vacib aspektdə ötən illərin yanaşmasından yayınır.
Birincisi, “soyuq müharibə” dövründə prezident postunda Trampın sələfləri sovet həmkarlarına komplimentlər etməyi özlərinə rəva görmürdülər. İkincisi, Kremldəki əsas şəxslərlə görüşlər daha əvvəllər də keçirilirdi, amma xarici siyasətin bu və ya digər nailiyyətlərinə görə ABŞ daha irəlidə idi.
Makfol qeyd edir ki, Helsinkidə görüşün hədəfləri aydın deyildi və onun nəticələri üzrə heç bir konkret razılaşma bağlanmamışdı.
Ömər
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu