“Bu, sonsuza qədər davam etməyəcək” – Pxenyana SƏRT MESAJ
Bizi izləyin

ABŞ

“Bu, sonsuza qədər davam etməyəcək” – Pxenyana SƏRT MESAJ

Birləşmiş Ştatlar Koreya Xalq Demokratik Respublikası ilə diplomatik əlaqələri dəstəkləyir, ancaq Vaşinqton Pxenyana denuklearizasiya prosesini sonsuza qədər uzatmağa imkan verməyəcək.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo Senatın xarici işlər üzrə komitəsində çıxışında bildirib.

“Biz diplomatik prosesdə səbrlə iştirak edirik, ancaq denuklearizasiya prosesinin sonsuza qədər ləngiməsinə imkan verməyəcəyik. Bu mövqeyimi Kim Yon Çxolla (Koreya Əmək Partiyasının sədr müavini –red.) Pxenyanda məhsuldar konsultasiyalar zamanı dilə gətirdim”, - Dövlət Departamentinin başçısı qeyd edib.

O əlavə edib ki, Pxenyan kütləvi qırğın silahını məhv etmədiyi müddətdə, Koreya Xalq Demokratik Respublikasına qarşı sanksiyaları qüvvədə qalacaq.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm