Həqiqət ORTAYA ÇIXDI - 40-a yaxın uşağın öldüyü hücum üçün bombanı ABŞ verib
Bizi izləyin

ABŞ

Həqiqət ORTAYA ÇIXDI - 40-a yaxın uşağın öldüyü hücum üçün bombanı ABŞ verib

“Yəməndə bir avtobusda 40 günahsız uşaq öldürüldü. Bizim müttəfiqimiz, bizim mərmimiz, bizim günahımız”.

Publika.az xəbər verir ki, bu sözləri dünya şöhrətli aktyor Cim Kerri tvitter sosial şəbəkəsindəki hesabında paylaşıb.

Məşhur aktyor Yəməndə Səudiyyə Ərəbistanı koalisiyası tərəfindən törədilən hücum nəticəsində əksəriyyəti uşaq olmaqla 50 nəfərin ölümünə etiraz edib. Məlumata görə, hücumda istifadə edilən bomba ABŞ tərəfindən tədarük edilib.

Qeyd edək ki, CNN telekanalının xəbərinə görə, Yəməndəki şahidlər və mütəxəssislər hücum zamanı istifadə edilən lazerlə idarə olunan MK-82 tipli bombanın ABŞ-ın "Lockheed Martin" firmasına aid olduğu bildiriblər.

227 kiloqramlıq bombanın ABŞ tərəfindən Səudiyyə Ərəbistanı koalisiyasına dəstək məqsədilə verildiyi məlum olub. Oxşar silahların əvvəlki hücumlar zamanı da istifadə edildiyi bildirilir. Bu dəfə törədilən hücumda 50 nəfər ölüb, 77 nəfər isə yaralanıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm