ABŞ yenə geri addım atdı - Rusiya...
Bizi izləyin

ABŞ

ABŞ yenə geri addım atdı - Rusiya...

ABŞ Rusiyaya aid 3 şirkətə tətbiq etdiyi sanksiyaları ləğv edib.

Publika.az xəbər verir ki, bu barədə ABŞ maliyyə naziri Stiven Mançin informasiya verib.

O, Konqres üzvləri ilə görüşündən sonra rus şirkətləri olan “En+”, “Rusal” və “Evrosibenerqo” şirkətlərinin qara siyahıdan çıxarılacağını deyib.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi ötən ilin aprel ayında Rusiyanın adıçəkilən şirkətlərlə yanaşı, hərbi ixracat şirkətləri olan “Rosoboronexport”, “GAZ Group”, “Russkie Maşinı”, “Bazoviy Element”, “B-Financу”, “Evrosibenerqo”, “Kuban Argo”, “Gazprom Burenie”, “NPV Engineering”, “Ladoga Management” və “Genova”ya sanksiya tətbiq etmişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm