Trampın tərcüməçiləri Konqresdə ifadə verəcək
Bizi izləyin

ABŞ

Trampın tərcüməçiləri Konqresdə ifadə verəcək

ABŞ Konqresinin Nümayəndələr Palatasının kəşfiyyat və xarici işlər üzrə komitələrini təmsil edən hüquqşünaslar Rusiya lideri Vladimir Putin və ABŞ prezidenti Donald Trampın görüşlərində iştirak etmiş tərcüməçilərin ifadələrinin alınması imkanını müzakirə etmək niyyətindədir.

Publika.az xəbər verir ki, bu haqda mənbələrə istinadən “ABC News” bildirib.

Öz növbəsində, xarici işlər üzrə komitə Tramp və Putinin danışıqları üzrə dinləmələri keçirmək niyyətindədir.

Daha əvvəl “The Washington Post” nəşri iddia edib ki, Tramp Putinlə öz görüşlərinin təfərrüatını ABŞ administrasiyasından gizlədir. Daha sonra Tramp bu informasiyanı təkzib edib. Ağ Evin başçısı bu haqda “Fox News” telekanalına bildirib ki, Rusiya prezidenti ilə şəxsi danışıqlarının ətraflı protokollarını elan edəcək.

Qeyd edək ki, Donald Trampla Vladimir Putin arasında təkbətək görüş 2018-ci il iyulun 16-da Helsinkidə keçirilib. İki lider arasında bağlı qapılar arxasında yalnız tərcüməçilərin iştirak etdiyi görüş iki saat sürüb. Zirvə görüşü zamanı aparılan danışıqların heç bir stenoqramı yoxdur.

Əlavə edək ki, ötən ilin noyabrında keçirilən aralıq seçkilərində Demokratlar Partiyasının Konqresin Nümayəndələr Palatasında üstünlük qazanmasından sonra Trampın impiçmenti ehtimalları daha yüksək səslə ifadə olunmağa başlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm