Trampa BÖYÜK ŞOK: 30 gün ərzində müharibədən çıxmalıdır
Bizi izləyin

ABŞ

Trampa BÖYÜK ŞOK: 30 gün ərzində müharibədən çıxmalıdır

ABŞ Senatı Yəməndə davam edən müharibədə iştirak edən və ya müharibəyə təsir edən bütün hərbi birləşmələrinin 30 gün ərzində bu ölkədən çıxarılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, qanun layihəsində “Əl-Qaidə” terror təşkilatına qarşı vuruşanlar istisna təşkil edib.

Sənəd Konqresin digər qanadı olan Nümayəndələr Palatasından da keçməlidir. Qanun layihəsinin demokratların əksəriyyət təşkil etdiyi Nümayəndələr Palatasında da qəbul olunacağı şübhə doğurmur.

Xatırladaq ki, fevral ayında Nümayəndələr Palatası ABŞ-ın Yəmən müharibəsində Səudiyyə Ərəbistanına hərbi dəstəkdən imtina etməsini nəzərdə tutan qanun layihəsini qəbul etmişdi.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm