Təyyarə qəzası ilə bağlı şok təfərrüat ortaya çıxdı
Bizi izləyin

ABŞ

Təyyarə qəzası ilə bağlı şok təfərrüat ortaya çıxdı

Bir neçə ay ərzində İndoneziya və Efiopiyada dəhşətli qəzalara və 346 nəfərin ölümünə səbəb olan “Boeing 737 Max 8” təyyarəsi ilə bağlı şok təfərrüat üzə çıxıb.

Publika.az xəbər verir ki, Efiopiyadakı qəzadan aylar öncə bir çox amerikalı pilotun təyyarə ilə bağlı şikayət ərizəsi yazdığı aşkarlanıb.

“The Dallas Morning News” nəşrinə açıqlama verən pilotlar 8 ay öncə təyyarənin sistemi ilə bağlı şirkətə xəbərdarlıq göndərdiklərini bildiriblər. Ötən ilin oktyabr və noyabr aylarında ən az 5 şikayət şirkətə göndərilib. Bu ərizələrdə avtomatik pilot rejimi və təyyarənin havaya qalxdıqdan bir müddət sonra nəzarətsiz şəkildə yerə enməsi ilə bağlı məqamlar əksini tapıb. Bundan başqa, təyyarənin havaya qalxması əsnasında burnunun yerə doğru əyilməsi ən çox şikayət edilən detallardan olub.

Qeyd edək ki, Amerikanın “Boeing” şirkəti avropalı rəqibi “Airbus”un orta məsafədə daha qənaətcil yanacaq istifadə edən "A321" model yeniliyinə qarşı "737 MAX" modellərində təyyarənin mühərrikini daha yaxşı hala gətirmək üşün daha böyük bir mühərrik istehsal etmişdi. Yeni mühərrikin idarəsi üçün də yeni bir avtomatik pilot nəzarət tətbiqi yazmışdı. Sözügedən tətbiq “nəzarət qanunu” adı verilən avtomatik pilot aktiv ikən pilotların müdaxiləsini deaktiv edir. Baş verən qəzalardan sonra şirkət bu tətbiq haqqında analiz-araşdırma işlərinə başlayıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm