ABŞ
ABŞ-ı “Troya atı” ilə MƏHV EDƏCƏKLƏR: Amerika limanlarına yaxınlaşan... – ŞOK İDDİA
Çin tərəfindən yaradılan uzaq hərəkət radiuslu qanadlı raket ticarət gəmisinin standart yük konteynerinin altında maskalanmış universal moduldan buraxıla bilər.
Publika.az xəbər verir ki, bu haqda “The Washington Free Beacon” nəşri yazıb.
Nəşr qeyd edir ki, Amerika limanlarında dayanmış belə təchizatlı mülki gəmi ABŞ-ın strateji obyektlərinə ciddi təhlükə yaradacaq. “The Washington Free Beacon” güman edir ki, belə silah bütün planet üzrə bir çox bazalarda gizlədilə, həmçinin Amerikanın rəqiblərinə satıla bilər.
“Raketlərin konteynerlərdə yerləşdirilməsi Çin, Rusiya və onların partnyorlarına ABŞ və onun müttəfiqlərinə birbaşa və ya dolayı hücum üçün yeni imkanlar verir”, - Beynəlxalq Qiymətləndirmə və Strategiya Mərkəzinin (ABŞ) eksperti Rik Fişer deyib.
Fişerə görə, belə raketlərin tətbiqi, “Trident” nüvə raketlərini daşıyan atom sualtı gəmilərinin elektronikasını sıradan çıxarmağa və Vaşinqtonda xaos yaratmağa qadirdir. Ekspert qeyd edir ki, ABŞ bu halda, kimə cavab zərbəsi endirməli olduğunu bilməyəcək.
Nəşr yazır ki, hazırda uçuş sınaqları keçirilən perspektivli silah yerüstü əsaslı “YJ-18C” gəmi əleyhinə raketin təkmilləşdirilmiş versiyasıdır. Qeyd edilir ki, Çin silahının əsasında Rusiyanın “Club-K” raket konteyner kompleksi dayanır.
Yanvarda “The Washington Free Beacon” yazmışdı ki, bir neçə ölkə, hər şeydən əvvəl Çin, Rusiya, Şimali Koreya və İran güclü elektromaqnit superbomba yaradırlar. Bu silah potensial rəqibin elektronikasını sıradan çıxarmaq üçün nəzərdə tutulur.
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq















.jpg)



.jpg)














.jpg)