ABŞ
ABŞ bu regionda Rusiyaya uduzur - KİV
Arktika dünyanın aparıcı dövlətlərinin yüksək diqqət zonasına çevrilib, ancaq ABŞ orada öz maraqlarını müdafiə etməyə tamamilə hazır deyil.
Publika.az xəbər verir ki, bu haqda “National Interest” nəşri yazıb.
Nəşr vurğulayır ki, Birləşmiş Ştatlar Arktika regionu üçün mübarizəyə qətiyyən hazır deyil. Burada heç bir böyük hərbi bazası, həmçinin aşağı tempuraturda hərəkət edə biləcək təyyarəsi və böyük hərbi gəmisi yoxdur.
Bundan başqa, “National Interest” qeyd edir ki, ABŞ hökuməti öz buzqıranlarının acınacaqlı vəziyyətinə diqqət yetirməməyə davam edir. Xüsusi halda, Senat 2018-ci ildə Arktika donanmasının təkmilləşməsinə 750 milyon dollar ayırıb, ancaq sonradan bu vəsaitlər Meksika ilə sərhəddə divarın tikintisinə yönləndirilib.
Nəşr əlavə edir ki, Rusiya artıq Arktikada öz maraqlarını müdafiə etməyə aktiv hazırlaşır. Belə ki, Rusiya Silahlı Qüvvələrində Arktika şəraitinə uyğunlaşdırılmış ən yeni sualtı gəmilər, təyyarələr və tanklar ortaya çıxıb. Bundan başqa, Rusiyada 40 buzqırandan ibarət güclü buzqıran donanma var, həm də tezliklə qanadlı raketləri daşıya biləcək buz sinfindən olan hərbi gəmilərin istehsalı planlaşdırılır.
“Bütün bunlar Arktikada Rusiyanın mövqelərinin möhkəmlənməsinə, həmçinin regionda yaradılan kommersiya fəaliyyətinə yardım göstərməyə və Rusiyaya xüsusi iqtisadi zonasını müdafiə etməyə imkan verir. ABŞ isə müxtəlif zəngin resursların olduğu bu ərazilərin böyük əhəmiyyətini anlamadan yalnız vaxt itirir”, - nəşr yekunlaşdırıb.
-
Dünya13:44Qalmaqal: Sərxoş kişi prezidenti küçədə öpmək istədi - VİDEO
-
Rəsmi xronika13:26İlham Əliyev sərəncam imzaladı
-
Dünya12:52Türkiyənin yeni dəhlizi İsraildə təşviş yaratdı: Təl-Əviv bölgədəki mövqeyini itirir
-
Sosial12:46Pensiya yaşı ilə bağlı deputatdan təklif: 3 və daha çox uşağı olanlar...
-
İdman12:40“Qarabağ”ın ingilislərlə 8-ci dueli: 10 illik həsrət bitəcək?
-
MDB11:30Moskvada görüş: Şoyqu Azərbaycan və Ermənistandan olan həmkarları ilə nəyi müzakirə edəcək?
-
Nida Xəbər 11:06Mirzoyan sülh müqaviləsindən danışdı: Bu, üçüncü dövlətlərə imkan verməyəcək ki...
-
Magazin210:24Xalq artistinin biznesi təhlükədə: Qızının adını daşıyan brend əldən gedir - FOTO







































