Yaxın Şərq
Bu ölkədə 30 ildən sonra ilk dəfə QAR YAĞDI - VİDEO
Səudiyyə Ərəbistanının bəzi yerlərində onilliklər ərzində ilk dəfə qar yağıb.
Publika.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Məlumata görə, qar ölkənin şimal-qərbinə və mərkəzinə dekabrın 18-i yağıb.
Yerli media Ər-Riyadda və ətraf ərazilərdə qar yağmasını "nadir hal" adlandırıb. Bu arada, "Əl-Ərəbiyyə" televiziyası təxminən 30 ildir belə bir təbiət hadisəsinin yaşanmadığına dair şayiələrə istinad edərək bunu "tarixi" hadisə adlandırıb.
Qar yağmazdan əvvəl sinoptiklər temperaturun kəskin şəkildə aşağı düşəcəyi barədə xəbərdarlıq etmişdilər. Agentlik əlavə edib ki, ölkənin bəzi ərazilərində dolu və güclü ildırım səbəbindən qırmızı və narıncı hava xəbərdarlıqları verilib.
"Ərəb ölkələrində şiddətli hava şəraiti müşahidə olunur. Soyuq hava və güclü yağışlarla müşayiət olunur, bəzi ərazilərdə qar yağışı müşahidə olunur", - deyə məlumatda bildirilir.
Hüseyn İbadlı
-
Magazin221:12Planetin ən dəbli kişisi o imiş...
-
ABŞ20:00ABŞ-da üç nəfər quş qripinə yoluxdu, biri öldü
-
Ekologiya19:30Bakıda külək gücləndi - Faktiki hava
-
İdman19:12Zlatan İbrahimoviç kriminal serialda rol alacaq
-
Sosial19:00Özünü Tağı Vahabov kimi tanıdıb dələduzluq etdi - Əsl kimliyi üzə çıxdı
-
Avropa18:36Şahzadə Uilyamın malikanəsinə gecə basqını - Helikopterlər havaya qaldırıldı
-
İqtisadi gündəm18:24Azərbaycanda aqrar sektor üçün yeni bank məhsulu buraxıldı
-
Nida Xəbər 17:56Ceyhun Bayramovla Maka Boçorişvili arasında geniştərkibli görüş olub - YENİLƏNDİ


















.jpg)


















