ABŞ
Kristi Noem ELAN ETDİ: Pentaqon həmin gəminin saxlanılmasına kömək edib
ABŞ Sahil Mühafizəsi qoşunları Venesuela sahillərində bir neft tankerini saxlayıblar.
Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın Daxili Təhlükəsizlik məsələləri üzrə katibi Kristi Noem sosial media hesabında yazıb.
O qeyd edib ki, Pentaqon Cənubi Amerika ölkəsindəki bir limandan yola düşən gəminin saxlanılmasına kömək edib.
Departament rəhbəri ABŞ-ın Venesuela hakimiyyətinin narkoterrorizmi maliyyələşdirmək üçün istifadə etdiyi "sanksiyalı neftin qanunsuz daşınmasına" qarşı mübarizə aparmağa davam edəcəyini vurğulayıb.
Bir gün əvvəl ABŞ-ın Venesuela sahillərində beynəlxalq sularda daha bir gəmini saxlamağa cəhd etdiyi bildirilmişdi. Amerikanın "Axios" xəbər agentliyinin mənbəyi iddia edir ki, Amerika hərbçiləri ölkə prezidenti Nikolas Maduroya siqnal göndərmək üçün Venesuela sahillərində gəmiyə miniblər.
Bu həftə Prezident Donald Tramp Venesuelaya gedən və Venesueladan gələn bütün sanksiyalı neft tankerlərinin "tam və hərtərəfli blokadası"nı elan edib. O, Venesuela hökumətini Vaşinqtonun aktivlərinin "oğurlanması" , "terrorizm, narkotik qaçaqmalçılıq və insan alveri"nə görə terror təşkilatı elan etdi.
Amerika lideri ölkənin Venesuela ətrafındakı hərbi fəaliyyətinin güclənəcəyinə söz verib:
"ABŞ cinayətkarların, terrorçuların və ya digər ölkələrin Amerikaya qarət etməsinə, təhdid etməsinə və ya zərər verməsinə, yaxud neftə, torpağa və ya digər aktivlərə sahib olmasına icazə verməyəcək və bu aktivlər dərhal geri qaytarılmalıdır".
Hüseyn İbadlı
-
Cənubi Qafqaz21:48Ermənistanda zəlzələ baş verdi
-
Magazin121:12Natiq Şirinov 35 min təzminat alacaq - FOTO
-
Magazin219:36Məşhur müğənni şahzadə və xanımını toyuna dəvət etdi
-
İdman18:36Volk Messi və Ronaldo arasında seçim etdi
-
Sosial18:12Bu qalib şirkətə 400 min manata yaxın vəsait ödəniləcək
-
Nida Təhlil 17:00Bakı Brüsselin diqqət mərkəzində: Azərbaycanın rolu sürətlə artır
-
Dünya15:04Dünya bu möcüzədən danışır: Böyük şəhəri belə sərinləşdirirlər - VİDEO
-
Magazin114:40Tünzalə Ağayeva : “Sənətimin zirvəsindəyəm” - VİDEO










.jpg)









.jpg)
















