ABŞ
“Putin daha çox şey istəyir” - İlk hədəf hansı ölkələr olacaq?
ABŞ kəşfiyyatının hesabatları Rusiya Prezidenti Vladimir Putinin Rusiyanın Avropa üçün təhlükə yaratmadığı barədə bəyanatları ilə ziddiyyət təşkil edir.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadla məlumat yayıb.
Materialda qeyd olunub ki, bu qiymətləndirməni Böyük Britaniyanın və digər Avropa ölkələrinin təhlükəsizlik xidmətləri də bölüşür.
Altı mənbənin sözlərinə görə, ABŞ kəşfiyyatı Xüsusi Hərbi Əməliyyatın başlanmasından etibarən Rusiya Prezidenti Vladimir Putinin bütün Ukraynanı ələ keçirmək və vaxtilə SSRİ-nin tərkibində olmuş Avropanın bəzi hissələrini geri qaytarmaq niyyətində olduğu barədə xəbərdarlıq edir. ABŞ mütəxəssislərinin son hesabatı sentyabr ayında hazırlanıb.
“Nəşr edilən kəşfiyyat məlumatları həmişə Putinin daha çox şey istədiyini göstərib”, - deyə ABŞ Konqresinin Nümayəndələr Palatasının kəşfiyyat üzrə komitəsinin demokrat üzvü Maykl Kuiqli bildirib.
O əlavə edib ki, polyaklar “buna əmindirlər”, Baltikyanı ölkələr isə “ilk hədəf olacaqlarını” düşünürlər.
Bir gün əvvəl Rusiya Prezidenti birbaşa efir zamanı Rusiyanın Avropaya hücum etməyi planlaşdırması barədə iddiaları cəfəngiyat adlandırıb. Siyasətçi hesab edir ki, Qərb ölkələri “müharibəyə hazırlaşmaq lazımdır” fikrini yaymaqla öz səhvlərini ört-basdır etmək üçün vəziyyəti gərginləşdirirlər.
Hüseyn İbadlı
-
Cənubi Qafqaz21:48Ermənistanda zəlzələ baş verdi
-
Magazin121:12Natiq Şirinov 35 min təzminat alacaq - FOTO
-
Magazin219:36Məşhur müğənni şahzadə və xanımını toyuna dəvət etdi
-
İdman18:36Volk Messi və Ronaldo arasında seçim etdi
-
Sosial18:12Bu qalib şirkətə 400 min manata yaxın vəsait ödəniləcək
-
Nida Təhlil 17:00Bakı Brüsselin diqqət mərkəzində: Azərbaycanın rolu sürətlə artır
-
Dünya15:04Dünya bu möcüzədən danışır: Böyük şəhəri belə sərinləşdirirlər - VİDEO
-
Magazin114:40Tünzalə Ağayeva : “Sənətimin zirvəsindəyəm” - VİDEO










.jpg)









.jpg)
















