Pentaqondan nüvə silahları ilə bağlı KRİTİK ADDIM
Bizi izləyin

ABŞ

Pentaqondan nüvə silahları ilə bağlı KRİTİK ADDIM

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) nüvə silahı bazasını açıqlamaqdan imtina edib.

Publika.az xəbər verir ki, ABŞ Elm Adamları Federasiyasına göndərilən açıqlamada hər il onlara verilən ölkənin nüvə silahı bazası və sökülən başlıqlar haqqında bilgilərin bu il verilməyəcəyi qeyd olunub.

Pentaqon Enerji Təsnifatı Bölməsinin sədri Endryu Ueston tərəfindən göndərilən məktubda konkret şəkildə tələb olunan bilginin açıqlanmayacağı bildirilib.

Elm Adamları Federasiyası 2016-cı ildə verilən açıqlamada 196 döyüş başlığının söküldüyünü, 2017-ci ildə isə bu rəqəmin 3822-yə yüksəldiyi bildirilmişdi. 2010-cu ildə bu rəqəm 5113 olub.

Qeyd edək ki, Pentaqon 10 ildir, sözügedən məsələ ilə bağlı ildə bir dəfə hesabat verir.

Əlavə məlumat üçün qeyd edək ki, ABŞ bu il Rusiya ilə əldə olunmuş "Orta və yaxınmənzilli ballistik raketlərin ləğvi haqqında müqavilə"dən imtina edib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm