İran üzərində qələbə üçün iki zərbəyə ehtiyac var - Senator
Bizi izləyin

ABŞ

İran üzərində qələbə üçün iki zərbəyə ehtiyac var - Senator

İran üzərində qələbə üçün iki zərbəyə ehtiyac var.

Publika.az xəbər verir ki, bu haqda Amerika senatoru Tom Kotton PBS telekanalında “Firing Line” proqramında deyib.

“Bəli, iki zərbə. Birinci zərbə və son zərbə”, - senator ABŞ-ın İranla açıq hərbi qarşıdurma halında qələbə qazana bilib-bilməyəcəyi barədə aparıcının sualına cavab verərkən bildirib.

Onun sözlərinə görə, İranın ABŞ və ya onun müttəfiqlərinə hücumu belə münaqişənin başlanmasının səbəbi ola bilər.

Qeyd edək ki, Amerika Silahlı Qüvvələri Mərkəzi Komandanlığı (CENTKOM) ABŞ ordusunun İran tərəfindən gözlənilən potensial təhlükə səbəbindən İraq və Suriyada həyəcan səviyyəsini artırdığını açıqlayıb.

"Mərkəzi komandanlıq "Sarsılmaz qətiyyət" əməliyyatı ilə koordinasiya şəklində İraq və Suriyadakı əməliyyatlarda iştirak edən bütün qüvvələr üçün güc mövqeyi səviyyəsini artırıb. Əməliyyat yüksək həyəcan səviyyəsindədir və biz ehtimal ki, bilavasitə İraqdakı ABŞ qüvvələrinə qarşı gözlənilən təhlükələri yaxından izləyirik", — deyə idarənin məlumatında bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm