"F-35"lərdə ciddi nöqsanlar aşkarlandı
Bizi izləyin

ABŞ

"F-35"lərdə ciddi nöqsanlar aşkarlandı

ABŞ-ın yeni nəsil F-35 döyüş təyyarələrinin donanma və dəniz piyadaları üçün dizayn edilən modellərində ciddi nöqsanlar var.

Publika.az xəbər verir ki, bunu “Defense News” nəşri yazıb.

Məlumata görə, F-35 yüksək hündürlükdə səsdən sürətli formada yalnız qısa sıçrayışlar edərək uça bilir. Əks təqdirdə, təyyarə zərər görə bilər və gözəgörünməzlik potensialını itirər.

Dərginin aldığı informasiyaya görə, bu nöqsan ilk kateqoriyadadır. Ancaq ABŞ Müdafiə Nazirliyi (Pentagon) bu problemi həll etmək üçün heç bir təşəbbüs göstərmir.

Problemlər planer və örtüyündən, həmçinin quyruq hissəsindəki antenlərdən qaynaqlanır.

Qeyd edək ki, sözügedən problemə ilk dəfə 2011-ci ildə rast gəlinib. 1.3-1.4 maç sürətlə uçan F-35B-nin örtüyü qabarmışdı. F-34C isə ciddi zərər görmüşdü.

Pentagqonun F-35 proqramının rəhbəri admiral Mat Uinter bildirib ki, hökumət bu nöqsanları tamamilə aradan qaldırmaq niyyətində deyil. Ortaya çıxa biləcək risklər üçün məsuliyyət daşımağa hazırdır. Səbəb olaraq bu növ nöqsanların döyüş təyyarələrinin potensialından daha çox iş gördüyü zaman üzə çıxmasıdır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm